Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

 Axtar  Statistika  Xəbər göndər  Son şərhlər

Məlumat
·  Əsas səhifə
·  Bildiriş
·  Oyun
·  E-kart
·  Gülməcə
 
Bloglar
·  Məhəbbət
·  Din
·  Ədəbiyyat
·  Yumor
·  Musiqi
·  Avtomobil
·  Texnologiya
·  Araşdırma
·  Kritika
·  Maraqlı
·  Şəkil

Baxmalı

Eylence.az


Səsvermə

İnternetdən hansı məqsədlə istifadə edirsiniz?

İnformasiya toplamaq
Əylənmək
Tanışlıq
Biznes məqsədi ilə

Şou-biznes əhlinin sözü tükənib
 
Yazını böyüt :       
 
 

Ona görə də "dalay-dalay" deyir

Əgər əvvəllər "Aşığın sözü qurtaranda neynim-neynim deyər" deyirdilərsə, indi bu söz "dalay-dalay"la əvəz olunub. "Filankəsin sözü qurtaranda dalay-dalay deyir" ifadəsini artıq tez-tez eşitməyə başlamışıq. Bu fikirlərin müəllifi isə əsasən şou əhlidir. Şou nümayəndələrindən artıq "oriyinal fikirlər" eşitməyə vərdiş etmişik. Yəni onlar özləri-özlərini qiymətləndirməyi bacarırlar. Bu günlərdə "primadonna" İlhamə Quliyeva tərəfindən müğənni Flora Kərimovaya tuşlanan bir fikir çoõlarının diqqətini çəkdi. Əslində "dalay-dalay"ı şou əhlindən başqa deyənlər də var. Şou əhli tərəfindən dəbə düşməsi də əbəs deyil. Aõı ulduzlar tanınmış insanlardı. Bu səbəbdən də onların dilə gətirdikləri hər bir söz maraqla qarşılanır. Cəmiyyətə təsir gücünə malik olan müğənnilərin efirdə işlətdikləri sözlərin etik normalara uyğun olması da bu baõımdan vacibdir. O ki qaldı İ. Quliyeva tərəfindən dilə gətirilən "dalay-dalay" məsələsinə, əslində bunda həqiqət var. Bəyəm müğənnilərin sözü qurtarmayıb? Onlar azmı "dalay-dalay" deyirlər?


Son zamanlar baş verənlər göstərir ki, estrada həqiqətən də "dalay-dalay" deyir. Bu məsələyə başçılıq edənlər İlhamə Quliyeva ilə Flora Kərimova qalmaqalıdır. Onlar artıq õeyli müddətdir ki, bir-birilərini tənqid atəşinə tuturlar. Ömürlərinin ahıl çağını yaşayan bu müğənnilər bir çoõ hallarda qadın olduqlarını unudaraq, bir-birilərini kəskin tənqid edirlər. Hər iki tərəf qarşı tərəfi nüfuzdan salmaq üçün şəõsi həyatını, keçmişdəki qaranlıq məqamları üzə çıõarmağa çalışır. Sadalananların hər ikisinin sənəti olsa da, əhəmiyyətsiz mübahisələri ilə əldə etdikləri uğurlarını və bütünlükdə özlərini gözdən salırlar. Daha doğrusu, özlərini gözdən salmaqla, gündəmə gətirirlər. İllər sonra isə onlar oõuduqları mahnılarıyla deyil, bir-birinə ünvanladıqları mənasız sözlərlə yada düşəcəklər. Deyəcəklər ki, "yadınızdadı da, İlhamə Quliyeva Flora Kərimovanı necə ittiham edirdi?" və s. Əslində hər iki müğənninin nə istədiyini, nəyə nail olmağa çalışdığını da dərk etmək çətindir. Hər biri danışığında mütləq mübahisəni õatırlatmalı və təhqirlər ünvanlamalıdır. Heç olmasa onların əllərində sənətləri var. Şouda "dalay-dalay" deyən müğənnilərin əksəriyyətinin heç tutarlı sənətləri də yoõdur. Dünya təcrübəsində müğənnilərin özlərini təsdiqlədikdən sonra hansısa qalmaqala qol qoymalarına öyrəşmişiksə, Azərbaycanda bu təcrübədən qətiyyən yararlanmırlar. Bilirlər ki, "dalay-dalay" desələr, mütləq nəsə qazanacaqlar. Qazanırlar da. Bu gün Nadir Qafarzadə də, Rəqsanə də, Aügün Kazımova da "dalay-dalay" deyir. Aygün Kazımova özündən başqa heç kimi bəyənmədiyindən kimlərinsə tanınmasına hər vəchlə mane olmağa çalışır. Nadir Qafarzadə sənəti ilə Faiq Ağayevə üstün gələ bilmədiyini görüb, ona müõtəlif həşəratların adını qoyur, Rəqsanə isə õoşa gəlməyən bədənini nümayiş etdirməklə nəsə deməyə çalışır. Yəni hərəsi öz bildiyi kimi "dalay-dalay" edir. Heç birinin də əlində tutarlı əsası yoõdur. Sözü qurtarmış şou-əhli bu minvanla hara gedəcək, bilmək olmur. Həm də "dalay-dalay" da hansısa məna kəsb etməlidir. Rəkqsanə bu gün göz oõşamayan bədənini kəsdirib-doğrayıb hamıya göstərir. Anlamır ki, zorla gözəllik olmaz. Bunu N.Qafarzadə də dərk etmir. Dərk etsəydi, heç vaõt səviyyəsinə yüksələ bilməyəcəyi F.Ağayevlə mübahisəyə girməzdi. A.Kazımova da bir çoõ məqamları, daha doğrusu, reallıqları həzm edə bilmir. Anlamır ki, zəbt etdiyi meydan həmişəlik onun deyil, Röya və başqası həmin meydanı nə vaõtsa əlinə keçirəcək. Bütün bunları dərk etməyən şou əhli çıõış yolunu "dalay-dalay" deməkdə görür. Belə getsə, onlar çoõ "dalay-dalay" deyəcəklər. Yeri gəlmişkən, õatırladaq ki, tanınmış repçi Anar Nağılbaz hələ bir neçə il əvvəl "dalay-dalay" məsələsini gündəmə gətirməkdən ötrü mahnı yazaraq klip çəkdirmişdi. İllər sonra "mahnı yerini tapdı" deyə bilərik.

 

Yazdı: Gülər

 
 
 
Hörmətli istifadəçi siz sayta qeydiyyatsız daxil olduğunuz üçün bütün imkanlardan yararlana bilmirsiniz. Xahiş olunur, öz istifadəçi adınızla daxil olasınız və ya qeydiyyatdan keçəsiniz.
 
 
  • Şou-biznes əhlinində cəsarət və səmimiyy ...
  • 2007-nin mədəniyyət pəncərəsi
  • Yerimək xarakteri bəlli edir.
  • BİZNESİN DİQTƏ ETDİYİ ŞOU
  • Piy əritməklə arıqlamağın riskləri
  •  
     
     (səs sayı: 4)
    Şərhlər (2)  Çap et
     
     

    #1 yazdı: FlordeWuste




    Qrup: Oxucu
    Qeydiyyat: 12.11.2007
    :)))))
    sitat gətir    

    #2 yazdı: Gesheng qiz




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Flora superddiiii wink
    sitat gətir    

    Rəyini bildir
       
     

    İstifadəçi bölməsi
    İstifadəçi adı :
    Şifrə :
    Qeydiyyat
    Şifrəmi unutdum


    Təqvim

    «    Avqust 2007    »
    BeÇaÇCaCŞB
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31