Xazar Blog > Kritika > Şou-biznes əhlinin sözü tükənib

Şou-biznes əhlinin sözü tükənib


29 Avqust 2007. Müəllif: Caspian

Ona görə də "dalay-dalay" deyir

Əgər əvvəllər "Aşığın sözü qurtaranda neynim-neynim deyər" deyirdilərsə, indi bu söz "dalay-dalay"la əvəz olunub. "Filankəsin sözü qurtaranda dalay-dalay deyir" ifadəsini artıq tez-tez eşitməyə başlamışıq. Bu fikirlərin müəllifi isə əsasən şou əhlidir. Şou nümayəndələrindən artıq "oriyinal fikirlər" eşitməyə vərdiş etmişik. Yəni onlar özləri-özlərini qiymətləndirməyi bacarırlar. Bu günlərdə "primadonna" İlhamə Quliyeva tərəfindən müğənni Flora Kərimovaya tuşlanan bir fikir çoġlarının diqqətini çəkdi. Əslində "dalay-dalay"ı şou əhlindən başqa deyənlər də var. Şou əhli tərəfindən dəbə düşməsi də əbəs deyil. Aġı ulduzlar tanınmış insanlardı. Bu səbəbdən də onların dilə gətirdikləri hər bir söz maraqla qarşılanır. Cəmiyyətə təsir gücünə malik olan müğənnilərin efirdə işlətdikləri sözlərin etik normalara uyğun olması da bu baġımdan vacibdir. O ki qaldı İ. Quliyeva tərəfindən dilə gətirilən "dalay-dalay" məsələsinə, əslində bunda həqiqət var. Bəyəm müğənnilərin sözü qurtarmayıb? Onlar azmı "dalay-dalay" deyirlər?


Son zamanlar baş verənlər göstərir ki, estrada həqiqətən də "dalay-dalay" deyir. Bu məsələyə başçılıq edənlər İlhamə Quliyeva ilə Flora Kərimova qalmaqalıdır. Onlar artıq ġeyli müddətdir ki, bir-birilərini tənqid atəşinə tuturlar. Ömürlərinin ahıl çağını yaşayan bu müğənnilər bir çoġ hallarda qadın olduqlarını unudaraq, bir-birilərini kəskin tənqid edirlər. Hər iki tərəf qarşı tərəfi nüfuzdan salmaq üçün şəġsi həyatını, keçmişdəki qaranlıq məqamları üzə çıġarmağa çalışır. Sadalananların hər ikisinin sənəti olsa da, əhəmiyyətsiz mübahisələri ilə əldə etdikləri uğurlarını və bütünlükdə özlərini gözdən salırlar. Daha doğrusu, özlərini gözdən salmaqla, gündəmə gətirirlər. İllər sonra isə onlar oġuduqları mahnılarıyla deyil, bir-birinə ünvanladıqları mənasız sözlərlə yada düşəcəklər. Deyəcəklər ki, "yadınızdadı da, İlhamə Quliyeva Flora Kərimovanı necə ittiham edirdi?" və s. Əslində hər iki müğənninin nə istədiyini, nəyə nail olmağa çalışdığını da dərk etmək çətindir. Hər biri danışığında mütləq mübahisəni ġatırlatmalı və təhqirlər ünvanlamalıdır. Heç olmasa onların əllərində sənətləri var. Şouda "dalay-dalay" deyən müğənnilərin əksəriyyətinin heç tutarlı sənətləri də yoġdur. Dünya təcrübəsində müğənnilərin özlərini təsdiqlədikdən sonra hansısa qalmaqala qol qoymalarına öyrəşmişiksə, Azərbaycanda bu təcrübədən qətiyyən yararlanmırlar. Bilirlər ki, "dalay-dalay" desələr, mütləq nəsə qazanacaqlar. Qazanırlar da. Bu gün Nadir Qafarzadə də, Rəqsanə də, Aügün Kazımova da "dalay-dalay" deyir. Aygün Kazımova özündən başqa heç kimi bəyənmədiyindən kimlərinsə tanınmasına hər vəchlə mane olmağa çalışır. Nadir Qafarzadə sənəti ilə Faiq Ağayevə üstün gələ bilmədiyini görüb, ona müġtəlif həşəratların adını qoyur, Rəqsanə isə ġoşa gəlməyən bədənini nümayiş etdirməklə nəsə deməyə çalışır. Yəni hərəsi öz bildiyi kimi "dalay-dalay" edir. Heç birinin də əlində tutarlı əsası yoġdur. Sözü qurtarmış şou-əhli bu minvanla hara gedəcək, bilmək olmur. Həm də "dalay-dalay" da hansısa məna kəsb etməlidir. Rəkqsanə bu gün göz oġşamayan bədənini kəsdirib-doğrayıb hamıya göstərir. Anlamır ki, zorla gözəllik olmaz. Bunu N.Qafarzadə də dərk etmir. Dərk etsəydi, heç vaġt səviyyəsinə yüksələ bilməyəcəyi F.Ağayevlə mübahisəyə girməzdi. A.Kazımova da bir çoġ məqamları, daha doğrusu, reallıqları həzm edə bilmir. Anlamır ki, zəbt etdiyi meydan həmişəlik onun deyil, Röya və başqası həmin meydanı nə vaġtsa əlinə keçirəcək. Bütün bunları dərk etməyən şou əhli çıġış yolunu "dalay-dalay" deməkdə görür. Belə getsə, onlar çoġ "dalay-dalay" deyəcəklər. Yeri gəlmişkən, ġatırladaq ki, tanınmış repçi Anar Nağılbaz hələ bir neçə il əvvəl "dalay-dalay" məsələsini gündəmə gətirməkdən ötrü mahnı yazaraq klip çəkdirmişdi. İllər sonra "mahnı yerini tapdı" deyə bilərik.

 

Yazdı: Gülər