Uzun illərin əyləncəsi və sağlamlığın təməli olan idman artıq öz rolunu dəyişirmi görəsən ? Son illərə kimi belə bir mövzunun sual kimi qoyulması belə məntiqsiz görünsə də artıq deyəsən bu barədə düşünməyə dəyər. Artıq meydanlardan arenalardan yalnız qələbə məğlubiyyət xəbərləri deyil həm də ölüm xəbərləri eşidirik. Onların çoxunun səbəbləri isə tam dəqiq aydın olmur, idmançıların halı qəflətən pisləşir və daha sonra dünyalarını dəyişirlər.
Belə hadisələrdən biri də bu yaxınlarda İngiltərə Liqası Kubokunda "Nottingem" və "Lester" klubları arasındakı matçında olub. "Lester"in müdafiəçisi Klayv Klarkın oyun zamanı qəflətən ürəyini tutaraq yerə yıxılıb.
Meydandan xərəklə çıxarılan futbolçuya ilk tibbi yardım göstərilib və o, hospitala aparılıb. Hər iki komandanın rəhbərləri matçın 15 dəqiqəlik dayandırıldığını desələr də, sonradan azarkeşlərin qarşısına çıxaraq bildiriblər: "Əfsuslar olsun ki, "Lester"in oyunçusunun ciddi nasazlığı var. Hər iki komanda matçı yarımçıq saxlayaraq, qarşılaşmanı sonra davam etdirməyə razılaşıb".
İspaniyanın "Sevilya" klubunun futbolçsu Antonio Puerta isə dünyasını dəyişib.
22 yaşlı yarımmüdafiəçi ispan primerosunun ilk turunda, "Hetafe"yə qarşı matçın 29-cu dəqiqəsində, top auta çıxan zaman qəflətən huşunu itirərək yerə yıxılıb, amma tez özünə gəlib və ayağa duraraq meydanı tərk edib. Paltardəyişmə otağında yenidən huşunu itirən futbolçuya həkimlər qəlb masajı ediblər.
Stadiondan təcili olaraq "Virgen del Rocio" hospitalına aparılan futbolçu üç gün kardiologiya bölməsinin intensiv terapiya şöbəsində qalıb.
İdmanda qəfil ölümlər
1984. Cim Fiks ("Sağlam həyat üçün idman!" şüarının müəllifi)
1986. Flo Himan (ABŞ-ın ünlü voleybolçusu)
1989. Candan Tarhan ("Sarıyer" futbol klubunun baş məşqçisi)
1990. Henk Qeters (basketbolçu)
1993. Reqqi Lüuis (Birləşmiş Ştatların məşhur yüngül atleti)
1993. Kayhan Kaynak ("Fənərbağça" və "Adanaspor" klublarıyla Türkiyə yığmasının oyunçusu)
1998. Folrens Qriffit-Coyner (ABŞ-ın məşhur yüngül atleti, Olimpiya çempionu)
2000. Konrad MakRi ("Fənərbağça" və "Efes" basketbol klublarında oynamış amerikalı basketbolçu)
2001. Həsən Özaydın ("Fənərbağça"nın sabiq prezidenti, tribunada dünyasını dəyişib)
2001. Mayk Hort (hakim, ürəktutmasından ölüb)
2003. Mark Vivyen Foe (Kamerun yığmasının futbolçusu)
2003. Mikloş Feher (Portuqaliyanın "Benfika" klubunun macar futbolçusu)
2003. Caner Erdoğru (Türkiyənin vaterpol üzrə yığma komandasının üzvü)
2003. Arkan Vuran (Türkiyənin tennis üzrə yığma komandasının üzvü)
2003. Yılmaz Bayram ("OYAK Renault" futbol klubunun oyunçusu)
2004. Kriştianu de Lima Æunior (Hindistanın "Dempo" klubunn braziliyalı futbolçusu: komandasına çempionluq gətirən qolu vurandan sonra meydanda ölüb)
2005. Nedzad Botonæiç (Sloveniyanın "Lyubyana" klubunn 28 yaşlı futbolçusu)
2006. Gökmən Yıldıran ("Elaziqspor"un futbolçusu)
2006. Əmrə Aydın (Türkiyə futbol çempionatının həvəskarlar liqasındakı "Səlimiyyəspor"un 15 yaşlı futbolçusu)