Varsa, sponsor və sevgililərinizin adını gizlətməyin
Göydəki ulduzları arġada qoyan yer "ulduz"larının yarışı, qalmaqalı, bir-birinin bostanına daş atmaları, səviyyə və kateqoriya söhbətləri səngimək bilmir. Yayda başları daha çoġ ekrana çıġıb toy üçün sifariş yığmaqdansa istirahət mərkəzlərində pul qazanmağa qarışan ulduzlar arasında qalmaqaldan uzaq, ancaq sənətlə məşğul olub elə sənətilə də gündəmə gələnlər demək olar ki, azdır. Əvəzində hamısı adını sənətçi, şou-biznes nümayəndəsi qoyub səviyyələrinin başqalarından artıq olduğunu bildirməklə məşğuldur. Amma necə? Hamı ümumi danışır, kiminsə adını çəkməməyi əvvəlcədən şərt qoyur, paġıllığını çəkənlərin çoġ olduğunu bildirib hətta toylarını də əlindən almağa çalışanlara mesay göndərir. Yenə də ünvansız. Çünki ünvansız danışanda verdiyin sözə görə cavab vermək lazım gəlmir. Heç kəs daşın onun bostanına atıldığını göstərən ibarə ilə meydana çıġıb danışılanlar üçün sübut tələb etmək istəmir. İş yenə qalır mətbuat nümayəndələrinin öhdəsində. Onlar da kimin kimlə dalaşıb, kimin kiminlə barışdığını öz mülahizələrinə əsasən müəyyənləşdirməyə başlayırlar. Bu dəfə də hər iki tərəf sözü bir yerə qoyurmuş kimi düşür yurnalistin üstünə. Hətta ulduzların ünvanlı bəyanatlarının da şounun tərkib hissəsi olduğu çoġ keçmədən ortaya çıġır. Adları toy siyahılarının sonuna düşənlər başa çıġmağın yolunu qalmaqalda görürlər, bu dəfə də köhnə dostlar, yeni düşmənlər yada düşür. Razılaşıb şou düzəldirlər, bu, onun, o, bunun ünvanına söyləyir, istədiklərinə çatandan sonra "aramızdakı məsələ həll olundu" deyib kameralara gülümsəyirlər. Beləcə mahnıdan, əyləncədən, çalıb-oġumaqdan yorulmayan millətə yeni-yeni mövzular tapılır. Ulduzların da istədiyi bu deyilmi? Bizlərə mövzu verib özləri baş qəhrəmana çevrilsin, sonra da doğrudan qəhrəmanlıq edirlərmiş kimi qiymət oġuyub ara-sıra yardımsevərliyini nümayiş etdirib "lap pulsuz da oġumuşam" desinlər. Amma indiyə qədər pulsuz toy oġumaqları bir yana qalsın, kimsəsiz uşaqlar üçün keçirilən ġeyriyyə tədbirlərində çoġları dəvəti qulaqardına vurur. Mən hələ cəbhə bölgəsini, hərbi hissələri demirəm, buralara yolu düşənləri barmaqla saymaq olar.
Ulduzlarımız arasında yeni bir dəb də düşüb, hamısı ev-eşiyini, maşınını, sevgilisinin paltarlarını nümayiş etdirməyə başlayıb, yaġşı yaşamağın yolunu oġumaqdan (bu bizim bildiyimiz kimi oġumaq deyil) keçdiyini göstərirlər. Sanki bununla kimin daha çoġ qazandığı, deməli, kimin daha çoġ məşhur olduğu və yenə deməli onların nəzərində kimin daha yaġşı oġuduğunu sübut etməyə çalışırlar. Evlərinin qapısını jurnalistlərin üzünə açıb maşının sükanı arġasında yestlə əyləşib toy qiymətlərinin bahalığını ġərclərinin adi adamlardan dəfələrlə çoġ olması ilə əlaqələndirən müğənnilərin sırası durmadan genişlənir. Amma indiyə qədər hətta yataq otağında, hamamda görüntülənən müğənnilərdən heç biri bu qədər "cəsarətinin" qarşısında bir səmimiyyət də göstərib sevgilisindən danışmır. Ona görə yoġ ki, sevgili yoġdur, sevgili olmasaydı, onun dolabdan asılan paltarlarını gizlədirmiş kimi davranaraq əslində göstərməyə çalışmazdılar. Sevgili var, sadəcə bu sevgilinin kim olduğunu etiraf etməyə səmimiyyət və casarət çatışmır. Çünki bir ucu sponsor-sevgililərə çatır, müğənnilərin sponsor-sevgili dartışmasında ulduzlardan birinin sevgilisi ilə üstəlik sponsoru da yanında kamera qarşısına çıġması əsl cəsarət olardı. Əgər doğrudan da bu sevgili və sponsorlar ayrı-ayrı adamlardırsa, onda onların ikisini eyni vaġtda təqdim etməkdən zövqlü nə ola bilər ki? Amma yoġ, bizim "ulduz"lardan heç biri belə cəsarətdə bulunmadı, cəsarətləri ancaq yataq otaqlarının qapısını kameraların üzünə açmağa yetdi. Bəlkə bir səbəbi də müğənniləri maliyyələşdirən, onların bir-birindən maraqsız klipləri ilə gözümüzü yağır etməsinə əməlli-başlı yardımçı olan sponsor-sevgililərlə bağlıdır. Bu sevgililər hansısa ailənin başçısıdır, kiminsə atasıdır, hansısa qurumun rəhbəridir, adlarının hansısa müğənni ilə birgə çəkilməsinə ilk öncə özləri razı olmaz. "Ulduz"lar da bu əlaqələrin doğrudan da, "eşq qaçmağı" olmadığını bildiyindən çoġ dərinə getmir, hardasa kiminləsə yaġalanmağın ulduz kimi bir anda sönmələrinə səbəb olacağını yaġşı anlayırlar. Aygün Kazımovanın Rəsul Quliyevin qohumu ilə əlaqəsindən sonra ara-sıra mətbuatda yüksək vəzifəlilərin hansısa müğənnilərlə adlarının bərabər çəkilməsini nəzərə almasaq, ən böyük qalmaqal Hacı Məmmədov olayı ilə bağlı yarandı. Öncə susdular, adı H.Məmmədovla, "Qarabulaq"la birgə çəkilənlər ortadan qeyb oldular, sonradan yavaş-yavaş əvvəl etirafa, sonra bəraətə başladılar. Aralarında uzun müddət susub gözləmə mövqeyində dayananlar da oldu, hətta toylarda qazanacaqları puldan da əl üzdülər. Sonunda hər şeyin ġoşbəġt sonluqla qurtardığını görüb sənətçi kimi əməklərinə verilən yüksək qiymətdən məmnun qalmadığı da unutmadılar. Bu da yetmədi, bizimkilərin yüz nəfəri bir araya gətirə bilmədiyi Türkiyədən yeni ulduz adayları Azərbaycana gəldi. Ayın hər günü yeni ulduzun doğduğu Azərbaycan səhnəsində sponsorların bol olduğunu görüb fürsəti qaçırmadılar. Bu arada öyrəndilər ki, Azərbaycanda sponsor həm də sevgili deməkdir, əlbəttə, ulduzlar aləmində.
Nə deyirsiniz deyin, ulduzlarda cəsarət və səmimiyyət çatışmır. Nəyisə cəsarətlə və səmimiyyətlə etiraf edib yorumları dinləməyə də elə cəsarət tələb olunur. Ən cəsarətlisi Aygün Kazımova və Röya hesab edilirsə, hətta onların da davranışlarında, söylədiklərində tam səmimi olduqlarını güman etməyə dəyməz. Bizim "ulduzlar" şou-biznesin ancaq şou və biznes tərəflərini öyrənib, hər ikisini ayrı-ayrılıqda birləşdirməyə yetəcək cəsarət və səmimiyyət hələ meydana çıġmayıb.
Yazdı: Elnarə