Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

 Axtar  Statistika  Xəbər göndər  Son şərhlər

Məlumat
·  Əsas səhifə
·  Bildiriş
·  Oyun
·  E-kart
·  Gülməcə
 
Bloglar
·  Məhəbbət
·  Din
·  Ədəbiyyat
·  Yumor
·  Musiqi
·  Avtomobil
·  Texnologiya
·  Araşdırma
·  Kritika
·  Maraqlı
·  Şəkil

Baxmalı

Eylence.az


Səsvermə

İnternetdən hansı məqsədlə istifadə edirsiniz?

İnformasiya toplamaq
Əylənmək
Tanışlıq
Biznes məqsədi ilə

Üzeyir Hacıbəyov / Biz ilə yevropalıların təfavütü
 
Yazını böyüt :       
 
 

       Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər. Biz də kirdən rəngi məlum olmayan mündəris bir paltar kimiyik. Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz. O səbəbədəndir ki, məsələn, Firəngistanda birisi ildə, ayda bazarda bir güllə atanda qəzetlər bir həftə o barədə danışırlar, camaat böyük həyəcana düşür ... halbuki bizim yerdə gündə beş-altı adam öldürülür, heç kəsin qulağına girmir.... Ağappaq qap kimi təmiz bir pencəyin üstünə bir damcı mürəkkəb düşərsə, yarım verstdən məlum eylər, amma bizim bədənimizdəki çirkin paltarın üstünə bir kirvəngə mazut tök, bir addımdan məlum eləməz.

 ***

      İkinci təfavüt. Bu halda, yəni bu iyirminci əsrdə yevropalılar səy edirlər ki, quş kimi havada uça bilsinlər. Amma biz bədbəxtlər hələ indi çalışırıq ki, adam kimi dünyada yaşaya bilək.... Şeir:

Onlar əvvəl adam imişlər ki,
indi də quş olmaq istəyirlər,
Bəs biz əvvəl nə imişik ki,
indi adam olmaq istəyirik?

 ***

     İndi keçək başqa məsələlərə.Təkəbbür və lovğa adamdan hamının zəhləsi gedir, amma hamı da o cürə adamlardan çəkinir və həmişə onlara yol verməyə məcbur olur. Hər halda, bu məsəl ki--ağac bar gətirdikcə başını aşağı tutar--hamının xoşuna gəlir. Amma burasını unutmaq olmaz ki, barı çox olan ağacın başını o qədər də aşağı tutması ağacın özü üçün zərərdir, çünki sınar. O səbəbdəndir ki, ağacın qədr və qiymətini bilən bağbanlar o cürə ağaclara bir dayaq qayırırlar ki, bu "başıaşağılıqadan ona bir zərər və sədəmə yetişməsin. Halbuki bizdə tək-tək tapılan barlı "ağaclar" bar verib başıaşağı olduqları halda, onun barından mənfəət aparanlar daha da başından basırlar ki, binəva puç olsun!


Boşboğazlar


     Bir az da öz işimizdən, daha doğrusu, öz içimizdən danışaq.... Adam qəzeti əlinə alıb açanda, müharibədən başqa bir şey görmür. Hərçənd bu halda, lap qızıq bir şey varsa, o da yenə elə müharibə xəbərləridir, amma yenə də öz işimizi və öz içimizi yaddan çıxartmayaq. Götürək, məsələn, bizim boşboğazlarımızı və buradan bir haşiyə çıxaq. Bu halda Avropa adamlarının hansı biri ilə danışıq eləsən və hansı məsələyə əl vursan, baxib görərsən ki, bu adamın hər bir məsələdə bir müəyyən nəzəri vardır. Amma bizlərdə belə deyil.
      Məsələn, Kərbəlayı əliquluya deyirsən ki, Kərbəlayı əliqulu, qatıq ağdır, Kərbəlayı əliqulu deyir ki, doğrudur, ağdır. Bir də görürsən ki, boşboğazlarımızdan biri çıxdı və dedi: "Xeyr, qatıq qaradır və onun ağlığı da məhz qaralığındadır". Kərbəlayı əliqulu razı olub deyir ki, doğrudur, qatıq qaradır. Sonra bir ayrı boşboğaz çıxıb Kərbəlayı əliqulunu inandırır ki, qatıq qırmızıdır. Kərbəlayı əliqulu inanır.... Deyirlər sarıdır, inanır, yaşıldır, inanır. Qərəz, Kərbəlayı əliqulu olur bir yaş çubuq, hara əyirsən ora əyilir. Bu nədən belə olur? Nə üçün Kərbəlayı əliqulu ora-bura əyilir? Bu ondan ötrü olur ki, Kərbəlayı əliqulunun qatığın ağlığı barəsində nəzəri müəyyən, etiqadı dürüst və imanı kamil deyildir. Kərbəlayı əliqulu qatığın rəngindən bixəbərdir, odur ki, hər kəs hər nə deyir, ona qulaq asır və axırdan axıra yenə bilmir ki, qatıq nə rəngdədir. Əlbəttə, Kərbəlayı əliquludan murad ümum camaatımızdır və qatıqdan da murad camaat işlərimizdir.
    Bəli, insanın gərək [....] hər bir barədə dürüst bir etiqadı olsun. Amma bəşərtiha və bəşürutiha. Etiqadı yaxşısına olsun, pis şeyə olmasın. Məsələn, deməsin ki, mənim etiqadıma görə oxuyub yazmaq haramdır və ya zərərdir. əksinə, etiqad etsin ki, elm və mərifət ən vacib şeylərin böyüyüdür və hərgah boşboğazın birisi desə ki, oxuyub yazmaq pis şeydir, cavab versin ki, xeyr, boş danışırsan. Boşboğaz kimdir?
    Boşboğaz camaat işlərinə zərər vuran bir para biməni vücudlardır ki, özlərinin əllərindən heç bir şey gəlmir, bişüurdurlar,  bivecdirlər  və  bununla  belə  həsuddurlar, xain və xasirdirlər.
    Sənətləri nədir?
    Onu pisləmək, bunu pisləmək, bacarıqlı adamları söymək, iş görənlərə zərər yetirmək, fitnə salmaq. Camaatımızın, yəni yaxşı ilə pis barəsində dürüst etiqadı olan camaatımızın borcu odur ki, haman müzürr boşboğazları tapıb, ağızlarını açan kimi ağızlarından vursun, yol verməsin, qudurtmasın və bu yolla onların bazarını kasad edib, meydandan çıxartsın, qovsun.... Amma bunun üçün yaxşıya və yamana etiqad lazımdır ki, boşboğazların fikri haman dəm aşkar olsun....


Məlumat: lit.az

 
 
 
Hörmətli istifadəçi siz sayta qeydiyyatsız daxil olduğunuz üçün bütün imkanlardan yararlana bilmirsiniz. Xahiş olunur, öz istifadəçi adınızla daxil olasınız və ya qeydiyyatdan keçəsiniz.
 
 
  • Umberto Eko: Müasir yazıçı qəzet səhifəl ...
  • "Qızlar" serialı ətrafındakı söz söhb& ...
  • 93 yaşlı bəy və 85 yaşlı gəlin Ginnesin ...
  • Mormon təriqətindən qaçmış qadınla m ...
  • Özünüzə inanırsınızmı? Özü ...
  •  
     
     (səs sayı: 2)
    Şərhlər (0)  Çap et
     
     
    Rəyini bildir
       
     

    İstifadəçi bölməsi
    İstifadəçi adı :
    Şifrə :
    Qeydiyyat
    Şifrəmi unutdum


    Təqvim

    «    Sentyabr 2007    »
    BeÇaÇCaCŞB
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30