Xazar Blog > Maraqlı > Kriminal trillerin müəllifi qətlə görə məhkum edilib
Kriminal trillerin müəllifi qətlə görə məhkum edilib5 Sentyabr 2007. Müəllif: Caspian |
Yazdığı əsərdə olan cinayət hadisəsinin tam olaraq real həyatda baş vermiş olması yazarın işini çətinləşdirib. İndi o polisi inandırmağa çalışır ki, bu cinayəti o törətməyib. Polisi təəcübləndirənsə cinayət barədə ən kiçik detalların belə yazara məlum olmasıdır.Polşada kriminal trillerin müəllifi Kristian Bala qətlə görə 25 illik həbs cəzasına məhkum edilib. 2003-cü ilə çıxan "Amok" romanında Bala bir çox detalları ilə 2000-ci ildə polyak biznesmenini ölümünü xatırladan qətli təsvir edir. İttiham tərəfi iddia edir ki, öldürülənin yazıçının həyat yoldaşı ilə eşq macərası olub. Ancaq məhkum müəllif faciəvi hadisələri qəzet məqalələri əsasında yazdığını söyləyir. |