Xazar Blog > Araşdırma > Bizim də öz saatımız var.

Bizim də öz saatımız var.


3 Oktyabr 2007. Müəllif: xazar

Hər dəqiqənin öz hükmü var.
XazarBiz hiss etməsək də orqanizmimiz daim fəaliyyətdədir. Hər saat isə özünü başqa tərəfdən daha qabarıq göstərir. Vaxtın önəmi yalnız həyatın məhdudluğunda deyil, həm də onun orqanizmimizdə etdiyi dəyişikliklərdədir.
Orqanizmimiz hər saniyə dəyişdiyi kimi beynimizdəki 20 min hüceyrə də nə vaxt nə etmək lazım gəldiyini bilir. Bu yazı da orqanizmimizdə baş verən dəyişikliklər barədədir…





00:00 – Yağlar parçalanır:

Siz yatarkən orqanizminiz gün ərzində qəbul etdiyiniz yağları parçalamaqla məşğul olur. Bu saat saçlarınız uzanır, hüceyrələriniz yeni hüceyrələrə bölünür.


01:00 – Ağrılar artır:
Bu saatda günün yorğunluğu daha çox hiss olunur.
Ayaqlarında revmatizma olanlar ən çox bu saatda ağrı hiss edirlər.

02:00 – Sidik kisəsinin fəaliyyəti azalır:
Bu saatda orqanizmdə sidik kisəsinin fəaliyyətini azaldan “Vazoprezin” hormonu daha çox ifraz olunur.

03:00 – Nəfəs almaq çətinləşir:
Bu saatda astma xəstələrində tutmalar günün başqa saatlarına nisbətən daha çox olur. Yatmazdan əvvəl C və B vitamini qəbul etmək isə tənəffüs fəaliyyətini asanlaşdırır.

04:00 – Ölüm ehtimalı yüksəlir:
Bu saatda ölüm ehtimalı başqa saatlara nisbətən daha çox olur. Belə ki, bu saatda ürək döyüntüləri zəifləyir, qan təzyiqi aşağı düşür. Uşaq ölümləri ən çox bu saatda baş verir. Digər tərəfdən, əksər qadınlar körpələrini 04:00-06:00 radələrində dünyaya gətirir.

05:00 – Sümüklər mohkəmlənir:
İnkişaf hormonlarının sayı bu saatda maksimum həddə çatır. Sümüklər möhkəmlənir.

06:00 – Hamilə qalmaq ehtimalı artır:
“Libido” hormonu daha çox ifraz olunduğu üçün bu saatda hamilə qalmaq ehtimalı çox yüksəkdir. Kişilərdə isə bu saatda “testesteron” hormonunun səviyyəsi artır.

07:00 – Spazmalar baş verir:
Əzələlərin temperaturu düşür. Buna görə də əzələlərdə sərtlik hiss olunur. Spazmalar da ən çox bu saatlarda baş verir.

08:00 – İnfakt ehtimalı artır:
Yatarkən nəbzimizin sayı 60-a çatırsa, oyananda dəqiqədə 72-78 arasında olur. Nəbzimizin sayının artması, həmçinin qan təzyiqinin yüksəlməsi infakt ehtimalını artırır. Bundan başqa “bazar ertəsi” sindromu ilə əlaqədar bazaar ertəsi səhər infakt ehtimalı 40 faiz artır.

09:00 – Enerji artır:
Bu saatda maddələr mübadiləsi sürətlənir. Buna görə də, orqanizmimiz yediklərimizi yağ əvəzinə enerjiyə çevirir. Adrenalin hormonu maksimum həddə çatdığı üçün bu saatda ağrılar da azalır.

10:00 – Məntiq iş başındadır:
İmtahana girmək və ya müşavirə keçirmək üçün ən yaxşı vaxtdır. Orqanizm bu saatda daha çox qlukoza ifraz etdiyi üçün məntiq qabiliyyəti də artır.

11:00 – Diqqət! Xəstələnə bilərsiniz:
Leykositlər passivləşdiyi üçün immunitet sistemi zəifləyir. Bu da xəstələnmək ehtimalını artırır.

12:00 – Ehtiyatlı olun! İflic təhlükəsi var:
Qan təzyiqi yüksəldiyi üçün iflic təhlükəsi də yüksəlir. Ümumiyyətlə, iflic saat 06:00-12:00 arasında başqa saatlarla müqayisədə 50 dəfə daha çox müşahidə olunur.

13:00 – Toksinlər ifraz olunur:
Orqanizmdə sidik cövhərinin miqdarı artır. Nəticədə böyrəklər fəallaşır və zəhərli maddələr sidik vasitəsilə orqanizmdən xaric olunur.

14:00 – İş qabiliyyəti zəifləyir.
Nahar yeməyindən sonra iş qabiliyyəti aşağı düşür. Ona görə də bu vaxtda qəza ehtimalı çoxalır.

15:00 – Günün ən xoş saatı:
Bu saatda ağrılar azalır. Çünki “Xoşbəxtlik hormonu” endorfinin miqdarı bu saatda maksimum həddə çatır.

16:00 – İdmana başlaya bilərsiniz:
İdman üçün ən yaxşı vaxtdır. Çünki bu saatda adrenalinin svəiyyəsi çox yüksək olur. Olimpiya rekordları ən çox bu saatda müəyyən edilir.

17:00 – Əzələlər möhkəmlənir:
Barmaqlarınızdakı kiçik əzələlər gün ərzində fasiləsiz işlədikləri üçün möhkəmlənir..

18:00 – Yorğunluq başlayır:
Bu saatda əzələlər zəifləyir, orqanizm yorulmağa başlayır. Mədə ən çox bu saatda turşu ifraz edir. Mədə ağrıları ən çox bu saatda olur.

19:00 – Dadbilmə hissləri güclənir:
Hava qaralmağa başladıqca melatonin hormonu daha çox ifraz olunmağa başlayır və yatmağa hazırlaşır. Bu saatda dadbilmə hissləri də güclənir.

20:00 – Fermentlər ifraz olunur:
Qara ciyər bu saatda maksimum miqdarda ferment ifraz edir.

21:00 – Ağrı saatı:
Ən çox ağrı ifraz etdiyimiz saatdır. Bu da endorfin hormonunun daha az ifraz olunması ilə bağlıdır.

22:00 – İmmunitet qabiliyyəti artır:
İmmunitet sisteminin ən fəal olduğu saatdır. Buna səbəb isə “interflukin 1” hormonunun artmasıdır.

23:00 – Qaşıntılar başlayır:
Allergiyaya qarşı ən həssas olduğumuz saatdır. 23:30 radələrində yuxu gətirən melatonin hormonu maksimum həddə çatır. Yuxuya getdikdən 10 dəqiqə sonra ürək döyüntülərimiz və beynimizin fəaliyyəti azalır. 25 dəqiqə sonra isə dərin yuxu başlayır.


Müəllif: Hezbollah