Xazar Blog > Maraqlı > Televizorla "xəyanət" etdiyi üçün arvadını boşayıb.
Televizorla "xəyanət" etdiyi üçün arvadını boşayıb.3 Oktyabr 2007. Müəllif: xazar |
|
Səudiyyə Ərəbistanı sakini həyat yoldaşından boşanmaq qərarına gəlib. Buna onun həyat yoldaşının evdə tək qalarkən «yad» kişinin apardığı teleproqrama baxması səbəb olub. Təhqir olunmuş ər həyat yoldaşını etibarsızlıqda, vəfasızlıqda ittiham edib. Çünki o, verilişə baxarkən otaqda televizordakı aparıcı ilə «tək» qalıb. Səudilər arasında yayılmış vəhhabiliyə görə, qadın yad kişi ilə tək qala bilməz. Onun yanında hökmən qohumları və ya əri olmalıdır. AFP-in yaydığı məlumata görə, Səudiyyə Ərəbistanında nikahın pozulması üçün ər tərəfindən hər hansı hüquqi rəsmiyyəçiliyə ehtiyac yoxdur. Digər tərəfdən qadın bu ölkədə tamamilə ərinə tabedir. O, tək səyahətə çıxa və restoranda yemək yeyə bilməz. |