Xazar Blog > Maraqlı > Çaxırla imalə edərək ərini öldürən qadına bəraət
Çaxırla imalə edərək ərini öldürən qadına bəraətOktyabr 05. Müəllif: Caspian |
Ərini çaxırla imalə edərək öldürən amerikalı qadına bəraət verilib. 2005-ci ildə 45 yaşlı Temmi Ceyn Uorner ehtiyatsızlıq üzündən 58 yaşlı həyat yoldaşı Maykl Uorneri öldürməkdə şübhəli bilinərək həbs olunmuşdu. Bu günlərdə isə Brazoriya vilayətinin prokurorluğundan bildiriblər ki, qadının günahını sübut etmək üçün kifayət qədər dəlil olmadığından azadlığa buraxılıb.Faciə baş verən günü Cekson Uorner ərini iki şüşə çaxırla imalə edib, nəticədə kişinin qanında alkoqolun səviyyəsi 0.47 promillə çatıb. Bu isə normadan altı dəfə çoxdur. Xanım Uorner ərini imalə etdiyini boynuna alsa da, onu qətlə yetirməsi barədə irəli sürülən ittihamı rədd edib. O bildirib ki, ərinin boğaz xəstəliyi olduğu üçün alkoqollu içki qəbul edə bilmirmiş, ona görə də həmişə spirtlə imalə edirmiş. |