
Ceyson Lyuisin dünya səyahəti 13 il, 2 ay 23 gün çəkib.
Britaniyalı macəraçı Ceyson Lyuis 13 illik dünya səyahətini başa çatdırıraq Londona gəlib. Ceyson Lyuis dünya səyahətinin son hissəsini Temza çayını xüsusi qayıqla üzü yuxarı üzməklə başa vurub. O, səfər müddətində bir çox hadisələrlə üzləşib. Birləşmiş Ştatlarda olarkən avtomobil Ceysonu vuraraq iki ayağını sındırıb, Atlantik okeanında isə qayığı çevrilib. Misirdə onu casusluqda şübhəli bilərək həbs ediblər. Avstraliyada isə Ceyson Lyuis son anda timsahlardan qaçaraq xilas ola bilib . Ümumilikdə britaniyalı 37 ölkə, Atlantik, Hind və iki dəfə La Manş boğazını keçib. Onun dünya səyahəti cəmi13 il, 2 ay 23 gün çəkib.