Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

 Axtar  Statistika  Xəbər göndər  Son şərhlər

Məlumat
·  Əsas səhifə
·  Bildiriş
·  Oyun
·  E-kart
·  Gülməcə
 
Bloglar
·  Məhəbbət
·  Din
·  Ədəbiyyat
·  Yumor
·  Musiqi
·  Avtomobil
·  Texnologiya
·  Araşdırma
·  Kritika
·  Maraqlı
·  Şəkil

Baxmalı

Eylence.az


Səsvermə

İnternetdən hansı məqsədlə istifadə edirsiniz?

İnformasiya toplamaq
Əylənmək
Tanışlıq
Biznes məqsədi ilə

İngiltərənin rock qrupu Gorillaz haqqında.
 
Yazını böyüt :       
 
 

İngiltərənin rock qrupu Gorillaz haqqında.Gorillaz, İngilis musiqi qrupu Blur`un solisti Damon Albarn və Tank-Girl kimi cizgi roman yaradıcısı Jamie Hewlett`in öndərliyində qurulmuş olan Dünyanın ilk virtual musiqi qrupudur.
Qrupun ilk albomu 2001 ilində çıxmış, və bu album dunyada 6 milyon nüsxə sataraq Guinness Rekordlar kitabına “Ən çox satan musiqi albumu” adəyla düşmüşdür. İkinci albumları “Demon Days”i də 2005də çıxaran Gorillaz , albumda olan “Feel Good İnc.” Mahnısı ilə Grammy mükafatını almışdır. Qrupun üzvləri gerçək üzlərini əsla göstərməzlər. Konsertlərini kölgələrin arxasında işıq qurğuları vasitəsilə, virtual personajları görsənərək konsertdə çıxış edirlər. 2005-ci ildə MTV Avropa Musiqi mükafatında holoqram texnikasl istifadə edilərək 3 ölçülü konsert bütün dünyada alqışlanmışdı. 2006-cı ilin son rübündə ayrıldıqlarını açıqlayan qrup arxasında sadəcə 2 album qoymasına baxmayaraq bu günə qədər olan ən yaxşı musiqi qruplarından sayılır. Qrupun yenidən birləşəcəyinə inananlar çoxdur. Çünki belə ayrılıq daha əvvəldə baş vermişdi.


Tarixçə


199 cu ildə Damon Albarn və Jamie Hewlett proyekti ilk dəfə hazırlayanda qrupun adını “Gorilla” qoyurlar. Amma 2000 ci ildə Gorillaz olaraq adı dəyişir. İlk mahnıları “Ghost Train” ölkədə səs küyə səbəb olanda qrup bundan sonra öz adlarını daşıyan albumlarını 2001 ilində buraxırlar və böyük uğur əldə edirlər. 1 il sonra “G-Sides” adı altında çıxardıqları album ilə ilk albumdakı mahnıların çoxunu özləri yenidən aranjıman etmişdilər. Bundan sonra papulyarlığını artıran qrup daha çox singlelar üstündə durur. 5 mart 2001 ilində yayımladıqları Clint Easwood`a qarşı tənqidlər daşıyan “Clint Easwood” adlı singleları “İlin ən yaxşı Single Mahnısı” mükafatı alır.
2001-ci il 25 İyunda çıxardıqları “19/2000” adlı sinleları isə dünya musiqi listlərinə bir nömrədən giriş etmiş və böyük maraq görmüşdü. Bundan sonra EA Games ilə edilən müqavilə ilə 19/2000, FİFA 2002`nin rəsmi musiqisi olaraq seçilmişdir və eyni il “Ən yaxşı oyun musiqisi” kateqoriyasında mükafat almışdır. 22 noyabr 2001 də çıxardıqları “Rock The Hause” və 7 dekabr 2001 də çıxardıqları “911” adlı singleları ilə 2001ə yekun vuran Gorillaz bir anda Dünyanın ən yaxşı qrupları arasındakı yerini almışdır. Belə ki, 2001 – ci ilin əvvəlində demək olarki sayılacaq qədər az kütlə tərəfindən tanınan qrup ikən , ilin sonunda dünyanın hər tərəfində böyük pərəstişkarları olan bir halına gəlmişdir.

2002də iki single daha yazan qrup daha sonra artıq bu işdən zövq almadıqlarını deyərək dağıldıqlarını açıqlamışdı. Qrupun 4 üzvü də dünyanın fəqrli yerlərinə dağılmış və arxasında böyük pərəstişkar kütləsi qoymuşdur. Aradan keçən 2 ildən sonra 2004cü ildə ayrılığa dayana bilməyən qrup , üzvləri Haruka Kuroda ( Noodle ) nın səyi ilə yenidən birləşdi və album işlərinə başladı.
9 may 2005də yayımladıqları “Feel Good İnc.” Adlı single dan 2 həftə sonra 21 mayda “Demon Days” albumları ilə yenidən musiqi dünyasına qayıdan Gorillaz işlərinə “Feel Good İnc.” “Dare”. “El Manana”. “Dirty Harry” kimi ən sevilən mahnılarına kliplər çəkərək davam etdi.
2005ci ilə qədər Gorillaz bütün konsertlərini qaranlıq bir səhnədə kölgələrin arxasında verirdi. Hazırlanan effektlərlə sadəcə qara bir cisim kimi görsənirdilər. Səhnənin üst tərəfində isə qoyulan bir ekran ilə mahnıya uyğun klip və ya uyğun şəkillər verilirdi. Amma 2005 MTV Avropa Musiqi Mükafatlarında bu dəyişdi. Gecəyə qonaq olaraq gələn qrup səhnədə illərlə unudulmayacaq bir şouya imza atdılar. Holoqram texnikasl ilə Gorillaz personajlarını 3D şəklində verərək canlı musiqi oxudular. Ardından 2006 Grammy Musiqi Mükafatlarında da Madonna ilə birlikdə eyni səhnəni paylaşan holoqram konserti verdilər.

2006 ci ilin son rübündə qrup yenə dağılacaqlarını bildirdi və Gorillaz bu dəfə əsla birləşməmək üzərə dağıldıqlarını açıqladı. Hətta ciddi olduqlarını göstərmək üçü bir neçə dəfə TV şoulara çıxıb üzlərini ilk dəfə insanlarada göstərmişdilər. Amma buna baxmayaraq pərəstişkarları Gorillazın yenidın birləşəcəyinə inanırlar.
Personajlar.


2-D ( Vokalist, Klavye)

Damon Albamın personajı olan 2-D nun əsl adı Stuard Tusspotdur. Qrupun ən sakit və normala yaxın deyilə biləcək üzvüdür.


Murdoc Niccals ( Bas Gitar )
Phil Cornwellin personajı olan Murdoc psixologiyası pozulmuş , sadist, manyak ruhlu və qadınlara düşkün bir üzvdür. Qrupun ən anormal üzvdür ama çoxu internet saytlarına görə Murdoc Gorillazın ən yaxşı üzvüdür. Bir çox fan saytı var. Ingiltərədə aparılan anketdə satılan Gprillaz məhsulları arasında ən çox Murdocun məhsulları alınmışdır.


Russel Hobbs ( Bateri )

Remi Kabakanın personajı olan Russel qəribə xüsusiyyətə malikdir: yatdığı vaxt onun pis niyyətli kabusu meydana çıxar və dünyanı qaranlığın hökm etməsini təmin etmək üçün mübarizə edər. Russelin xobbisi isə yemək bişirmək və təmir ilə məşğu olmaqdır.


Noodle ( Gitarist, Vokal )

Haruka Kurodaın personajı olan Noodle qrupun qadın üzvüdür. Qrupda hammı ondan qorxar, çünki şərq döyüş növlərinin ustasıdır.  Dünyaca tanınan, böyük fanklub üzvləri vardır. Noodle özünü bir FedEx qutusu içində Yaponiyaya göndərməsi ilə bilinir.

Digər personajlar.

Del.
Russelın pis niyyətli kabusudur. “Clint Eastwood” və “Rock the Hause” kliplərində görsənir. Bundan başqa Gorilla Bite adlı qısa filmlərində və “Jump The Gut” adlı bölümündədə görsənir.


Paula Cracker
2-D nin köhnə sevgilisidir və qrupun bir neçə mahnısında gitarada ifa edir. Noodle isə ondan nifrət edir.



Singleları:
• Clint Eastwood (2001)
• 19/2000 (2001)
• Rock The House (2001)
• 911 (2001)
• Tomorrow Comes Today (2002)
• Lil (2002)
• Feel Good Inc. (2005)
• DARE (2005)
• Dirty Harry (2005)
• Kids With Guns (2006)
• El Manana (2006)
DVD
• Phase One: Celebrity Take Down (2002)
• Demon Days Live (2006)
• Phase Two: Slowboat to Hades (2006)

Ayrıca Gorillaz'in tamamlanmamış bir çox  interaktiv projesi mövcuddur.

 
 
 
Hörmətli istifadəçi siz sayta qeydiyyatsız daxil olduğunuz üçün bütün imkanlardan yararlana bilmirsiniz. Xahiş olunur, öz istifadəçi adınızla daxil olasınız və ya qeydiyyatdan keçəsiniz.
 
 
  • İdmanda ölüm halları
  • BİZNESİN DİQTƏ ETDİYİ ŞOU
  • Musiqi terapiyası
  • Azərbaycana aid domainlərin xarici istismarı.
  • Milyarderlərin avtomobilləri
  •  
     
     (səs sayı: 11)
    Şərhlər (1)  Çap et
     
     

    #1 yazdı: Mika




    Qrup: Qonaq
    Qeydiyyat: --
    her gun dunyada musiqi sahesinde yuzlerle hadisler bas verir.....Oktyabrdan bugune kimi bir melumat tapmadiniz bura elave etmeye.... lol tapmirsinizsa komek edim.Bele olmaz axi.
    Sag olun. angry
    sitat gətir    

    Rəyini bildir
       
     

    İstifadəçi bölməsi
    İstifadəçi adı :
    Şifrə :
    Qeydiyyat
    Şifrəmi unutdum


    Təqvim

    «    Oktyabr 2007    »
    BeÇaÇCaCŞB
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31