Britaniyada azərbaycansayağı imtahan fırıldağı.
Britaniyanın York Universitetinin keçmiş tələbəsi fransız Jerom Drin və Azərbaycan vətəndaşı Elnar Əsgərov mayın 11-də universitetdə fırıldağa cəhddə ittiham olunaraq həbs olunublar. Həbsin səbəbi fransalı tələbənin saxta sənədlə azərbaycanlının yerinə iqtisadiyyatdan imtahan verməyə cəhd etməsi olub.
Azərbaycan diasporasından "Turan"a verilən məlumata görə, hər ikisinə 15 bəndə əsasən ittiham qaldırılıb, onlar arasında sənədlərin saxtalaşdırılması və başqa saxtalaşdırmalar var. Maraqlıdır ki, 34 yaşlı Drin və 22 yaşlı Əsgərov bir-birinə çox az oxşayırlar. York məhkəməsinin avqustun 14-nə təyin edilmiş iclası müttəhimlərin hər ikisinin gəlməməsi səbəbindən 12 noyabra qədər təxirə salınıb.
Sənədlərin saxtalaşdırılmasından əlavə, Drin həmçinin evində aşkarlanmış 4 min funt sterlinqin kriminal yolla əldə edilməsində ittiham edilir. Bu pulun Əsgərovun yerinə imtahan verməyin haqqı olması güman edilir.
"Nouse" saytının yazdığına görə, uğurlu bank işçisi olan Ĉ.Drinin bu fırıldağa qoşulmasının nə ilə bağlı olduğu anlaşılmazdır. Bu ikisindən əlavə, anoloĉi fırıldağa görə iki Çin vətəndaşı da həbs olunub. Hər iki tələbənin əməlinin ağırlıq dərəcəsi nəzərə alınmaqla, universiteti bitirərkən diplomdan məhrum olunacaqlarını söyləmək olar.