Xazar Blog > Ədəbiyyat > Meksikalı yazıçı sevgilisini kəsərək ətini bişirib
Meksikalı yazıçı sevgilisini kəsərək ətini bişirib13 Oktyabr 2007. Müəllif: xazar |
|
Polisin məlumatına əsasən, o, sevgilisini evə dəvət edib, öldürdükdən sonra onun ətini suda bişirib. Amma onun insan ətini yeyib-yeməməsi hələ məlum deyil. Polis Xose Luisin sevgilisinin digər bədən üzvlərini şkafda, ayaqlarını isə soyuducudan aşkar edib. Xose Luis isə sevgilisinin bədən üzvlərini bişirsə də, onları yemədiyini deyib. Polis araşdırma zamanı yazıçının evində "kannibalizm instinkti" adli kitabının qaralama formasını da aşkarlayaraq götürüb. Ehtimal edilir ki, yazıçı öz əsərini yazarkən kannibalın nə düşündüyü, necə hərəkət etdiyi barədə müəyyən məlumata sahib olmaq istəyirmiş. Qeyd edək ki, polis yazıçının evinə, qonşuların üfunət iyi barədə hüquq mühafizə orqanlarina məlumat verməsindən sonra gəlib. Lakin kannibal yazıçı bundan əlavə daha iki cinayətdə şübhəli bilinir. Onlardan biri keçmiş sevgilisi və 2004-cü ildə itkin düşmüş fahişədir. Xose Luis polisin gəldiyi barədə xəbər tutduqdan sonra qaçmaq istəsə də, yolu keçərkən maşın onu vurub və o hazırda xəstəxanadadır.
|