Bəzi adamlar arıdan çox qorxur.
Amma yeni araşdırma işi göstərib ki, arıdan qorxan yalnız insanlar deyillər.
Sən demə, fillər də arıları xoşlamırlar. Kenyada keçirilən araşdırma işi göstərib ki, heyvanlar da arı səsini eşidəndə uzaq gəzməyə çalışırlar.
Save the Elephant qrupuna zooloq Lyusi Kinq başçılıq edir.
O deyir ki, fillər arının vızıltısı yazılmış lenti eşidəndə qorxuya düşürlər.
Onlar lenti eşidən kimi dayanıb qulaq asır, sonra isə səsin gəldiyi yerdən uzaqlaşmağa çalışırlar.
Bu zaman onlar xortumlarını havaya qaldıraraq dəstə başçısının əmrini gözləyiblər.
Baş fildən işarəni alan kimi onlar həmin yerdən uzaqlaşmağa başlayıblar.
Lyusi Kinq deyir ki, Kenyada bostanları tapdaq edən qəzəbli fillərə atəş açmaq normal haldır.
Qoruyucu hasarları çəkmək isə əlverişli deyil. Odur ki, onun qrupu filləri müdafiə etmək üçün arı strategiyasından istifadə etməyə qərar veriblər.