Xazar Blog > Texnologiya, Araşdırma, Maraqlı > SMS vasitəsilə yalan demək, üz-üzə durub yalan danışmaqdan daha asandır

SMS vasitəsilə yalan demək, üz-üzə durub yalan danışmaqdan daha asandır


14 Oktyabr 2007. Müəllif: xazar

Xazar blogAraşdırma göstərib ki, insanlara SMS vasitəsilə yalan demək, üz-üzə durub yalan danışmaqdan daha asandır.
London Iqtisadiyyat Məktəbi və bir yerli mobil telefon şirkəti bildirirlər ki, adamların üçdə ikisi sms-lə yalan danışmağı asan hesab edir.

Bəs niyə? Psixiatr doktor Frənk Ncenqa özü sms-lə yalan danışdığını etiraf edir:

"Mən bəzən tam həqiqəti demədiyimi etiraf edirəm. Bəzən dostlarınla münasibətlərini pozmamaq üçün bunu etmək lazım gəlir. Böyük təzyiq altında bunu bir-iki dəfə etmişəm. Məsələn, mən keniyalıyam. Keniyada nəqliyyat tıxacına düşəndə, iyirmi dəqiqədən tez dostumla görüşə çatacağımı bilsəm də, onun ürəyini sındırmamaq üçün 5 dəqiqəyə oradayam demişəm. Bu cürə yalanlar sağlam münasibətlər üçün lazımlıdır. Lakin mən hansısa ciddi məsələdə yalan danışa bilmərəm."

Sual: Bəs siz razınızmı ki, sms vasitəsilə yalan danışmaq daha asandır?

"Tamamilə razıyam. Məsələn, dostum mənə sms göndərir ki, qolf oynamağa gələ bilməyəcək. Mən bilirəm ki, o yalan deyir. Çünki əgər mənə zəng etsəydi, onda düzünü deməli olacaqdı. Çünki səsindən yalan danışmasını hiss edə bilərdim, üz-üzə olsaydıq mimikası onun yalanını üzə çıxarardı və sairə.

Sual: Kimsə məni qonaq çağırıbsa, və mənim getməyə o qədər də həvəsim yoxdursa, nə etməliyəm?

"SMS yazın ki, bağışla, bu qaynanam birdən-birə gəlib çıxıb bizə, heç yerə gedə bilmirəm. Sağ ol.