
Yaddaşı güclü tutmağın bir çox sirr nöqtəsi vardır, uyulması lazımlı çox sayıda qayda var. Harvard Tibb tədris üzvü Dr. Aoron P. Nelson gümrah bir beyinə sahip olmağın əsas şərtlərini aşağıdakı kimi sıralıyır:
- Hipertəzyiq və xolesterol yüksəkliyi probleminizi həll edin. Ürəyinizə ziyan olan hərşey beyninizə də ziyandır.
Alkoqolu azaldın. Alkoqol beyin hüceyrələrinə ziyan verir.
- Yuxunuzu yaxşı alın.Keyfiyyətli yuxu beynin öyrəndiyi yeni şeyləri "həzm etməsinə" kömək edir.
- Stresinizi kontrol altında tutun. Müəyyən miqdarda stress kontrol altında olduqda zaman diqqəti cəmləməyə kömək etdiyi bilinməkdədir.
YENİ ŞEYLƏR ÖYRƏNİN
- Yeni şeylər öyrənməyə davam edin. Hər yeni bilgi və bacarıq bir yaddaş idmanıdır.
- Yeni sportlar, xobilər, araşdırma sahələri, həyəcanlı və zövqlü problemlər, ezbərlənən yeni şerlər və yeni dillər beyniniz üçün ən güclü vitaminlərdir.
- Təmbəllikdən əl cəkin. Zehni fəaliyətlərinizi limitləndirməyin. Xüsusilə də televizor izləmək kimi passiv fəaliyyətləri azaldın.
- Hər gün idman edin Gündə 30-45 dəqiqə, həftədə ən az 4 gün piyada yeriyişə cıxın. Xüsusilə də yeriməyin beynin müxtəlif hissələrinin inkişafında rol oynadığı və yaddaşı gücləndirdiyi haqda sübutlar var.
- Vitaminlərdən faydalanın. E və C vitamini kimi antioksidan vitaminlərin, selenyum kimi sərbəst radikal mineralların hüceyrələri oksitlənməkdən qoruyan güclərindən faydalana bilərsiniz.
Kifayət qədər B vitamini, xüsusilə də B12 vitamini qəbul etdiyinizdən əmin olun.
|