64 qiqabaytlıq mikroprosessor, mütəxəssislərin fikrinə görə, adi fleş kartların yaddaşını 80 DVD yaddaşı səviyyəsinə yaxınlaşdırır.
Sadə dillə deyilsə belə bir çip pleyerinizə 18 min musiqi kompozisiyasını yükləmək imkanı verir.
“Bizim çip dünyada ən iri yaddaş həcminə malikdir”, - deyilir Cənubi Koreya şirkətinin bəyanatında.
Nanotexnologiyalar
Yeni icad bir metrin 30 milyardlıq hissəsini təşkil edən nanosxemlər texnologiyasının məsuludur.
“30-nanolu” texnologiyalar əsasında işləyən başqa bir şirkət - “Toşiba” bazara öz çiplərini təqdim edəcəyini bildirir.
Fleş yaddaşı dağılmayan bir yaddaşdır ki, kompüterə verilən cərəyan kəsilsə belə yazılan məlumatı saxlayır.
Hazırda fleş çiplərə tələbat sürətlə artır.
Samsung bildirir ki, bu texnologiyanın inkişafı sərt disklərin istifadədən sıxışdırıb çıxara bilər