Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

 Axtar  Statistika  Xəbər göndər  Son şərhlər

Məlumat
·  Əsas səhifə
·  Bildiriş
·  Oyun
·  E-kart
·  Gülməcə
 
Bloglar
·  Məhəbbət
·  Din
·  Ədəbiyyat
·  Yumor
·  Musiqi
·  Avtomobil
·  Texnologiya
·  Araşdırma
·  Kritika
·  Maraqlı
·  Şəkil

Baxmalı

Eylence.az


Səsvermə

İnternetdən hansı məqsədlə istifadə edirsiniz?

İnformasiya toplamaq
Əylənmək
Tanışlıq
Biznes məqsədi ilə

Yuxusuzluq nəyə gətirə bilər?
 
Yazını böyüt :       
 
 

Yuxusuzluq nəyə gətirə bilər?Amerikada alimlər yuxu problemləri ilə aşırı emosional reaksiyalar arasında əlaqənin olduğunu aşkar ediblər.
Çoxumuz yuxusuz qalanda hər şeyə sərt reaksiya veririk.

Amma Kaliforniyadakı Berkley Universitetindən tədqiqatçılar könüllüləri 35 saat ərzində yuxusuz saxlayıblar və sonradan onların müəyyən reaksiya doğuracaq açıqçalara emosional reaksiyalarını nəzərdən keçiriblər.

Onların aşkar etdiklərindən bəlli olub ki, yuxusuzluqla əqli xəstəlik arasında müəyyən əlaqə ola bilər. Berkley Universitetindən Mətyu Volker bunları deyir.

Cavab: Biz bu araşdırma zamanı onu müəyyən etmişik ki, yuxusuzluq nəticəsində beynin məntiqi qərarların qəbul edilməsinə cavabdeh olan ön hissəsi qapanmış və ya bir növ sönmüş vəziyyətdə olur. Bizə o da məlumdur ki, beynin bu hissəsi adətən emosiya senzorlarına nəzarət edir. Bunu avtomobildə əyləclə müqayisə etmək olar.

Sual: Deməyinizdən belə çıxır ki, yuxusuzluq nəticəsində insan daha tez özündən çıxır, aqressivləşir və kefsiz olur?

Cavab: Bəli, biz araşdırma işində iştirak edən könüllülərin məhz özlərini belə apardığının şahidi olmuşuq. Onlar müəyyən anlarda gözlənilmədən kefsiz olurdular və ən xırda şeylər onları qıcıqlandırırdı. Sonra isə birdən-birdə gülməyə başlayırdılar. Bu isə yuxusuzluq nəticəsində insanların davranışındakı ani dəyişiklikləri başa düşməyə yardım edir.

Sual: Emosional reaksiya bir şeydir. Amma mən araşdırma işinizin nəticələrindən belə başa düşürəm ki, yuxusuzluq ilə psixiatrik nizamsızlıq arasında bağlılıq var.

Cavab: Bəli, hamımıza çoxdan məlumdur ki, bir çox psixiatrik nizamsızlıq halları yuxusuzluqla bağlıdır. Amma bu, cücənin yoxsa yumurtanın birinci yarandığı sualını xatırladır. Biz psixiatrik nizamsızlığın yuxusuzluğa , yoxsa əksinə yuxusuzluğun psixiatrik nizamsızlığa səbəb olduğunu dəqiq deyə bilmirik. Biz onu nümayiş etdirməyə çalışmışıq ki, sağlam və psixiatrik nizamsızlıqdan əziyyət çəkməyən adamları yuxusuzluğa məruz qoyanda onu görürük ki, onların beyninin reaksiyası depressiyadan və ya stressdən əziyyət çəkən insanların beyninin reaksiyasından o qədər fərqli olmur. Ola bilsin ki, yuxunun əsas funksiyalarından biri bizim beynimizin emosional mühitini təzələməkdir ki, biz lazmı sosial və emosional vəziyyətlərin öhdəsindən gələ bilək.

Sual: Bir sözlə, deməyinizdən belə çıxır ki, gecələr işləmək və yuxusuz qalmaq adamı dəli edir?

Cavab: Bunu demək bir az aşırı səslənir. Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, növbəti gün normal fəaliyyət göstərmək üçün gecəni yaxşı yatmaq çox mühümdür. Bunsuz beynin müəyyən, belə demək olarsa şöbələri arasındakı əlaqədə pozuntu yaranır.



Mənbə: BBC

 
 
 
Hörmətli istifadəçi siz sayta qeydiyyatsız daxil olduğunuz üçün bütün imkanlardan yararlana bilmirsiniz. Xahiş olunur, öz istifadəçi adınızla daxil olasınız və ya qeydiyyatdan keçəsiniz.
 
 
  • Yuxunuza haram qatmayın
  • Köpək dilindən təcümə edən cihaz
  • İki cinsdən hansı daha ağıllıdır - ki ...
  • Tutumlu qida və yaxşı maaş arasında birbaşa & ...
  • İki dahinin şərikli əsəri, yaxud gecikmiş s&# ...
  •  
     
     (səs sayı: 4)
    Şərhlər (0)  Çap et
     
     
    Rəyini bildir
       
     

    İstifadəçi bölməsi
    İstifadəçi adı :
    Şifrə :
    Qeydiyyat
    Şifrəmi unutdum


    Təqvim

    «    Oktyabr 2007    »
    BeÇaÇCaCŞB
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31