Bu gün Meksikada və Braziliyada ölənlərin günü qeyd edilir. Bu mərasim ölənlərin yad edilməsi məqsədiylə keçirilir.
Bu yadetmə mərasimi adətən, yeyib-içmək, şənlik şəraitində keçirilir.
Latın Amerikasında ölümə kədərli yanaşma ənənəsi mövcud deyil.
Və sözü gedən günün qeyd olunması tərzi bu baxımdan səciyyəvidir.
Latın Amerikalılar ölümə həyatın fərqli bir növü kimi yanaşırlar, və ölümə nikbinlik ilə yanaşırlar.
Həmin bu nikbinlik əsrlər boyu əsərlərdə öz əksini tapıb.
Və hazırda bu ənənə inkişaf etdirilməkdədir.
Bu yaxınlarda Meksika paytaxtı Mexiko da bütünlüklə ölüm mövzusuna həsr edilmiş uzey açılıb.
Muzeyə daxil olanda musiqi səsləri eşidilir.
Ölüm müzeyində səslən müsiqi kədər - yox, insana ruh yüksəkliyi aşılayır.
Müzeyin digər zallarında ölümə həsr olunmuş rəsm əsərləri, heykəltaraşlıq nümunələri nümayiş etdirilir.
Burada sərgilənən bəzi əsərlərin tarixi 600 il bundan əvvəlki dövrə aiddir.
Muzey işçilərinin sözlərinə görə, Meksikada insanlar əylənəndə, dua edəndə, yemək qəbul edəndə də belə ölüləri yaddan çıxarmırlar.
Meksikalılar hesab edir ki, həyatın müxtəlif növlərini yenidən bu dünyaya gəlmək yolu ilə yaşamaq mümkündür.
Ona görə də Latın Amerikada, ölüm hadisəsini yas kimi yox, faktiki olaraq, bayram kimi qeyd edirlər.