
Qədim dünya tarixi ilə maraqlananlar, özünü qədim Misirdə allah adlandıran fironu yaxşı tanıyırlar. Quranda, xüsusilə "Yunis" surəsində bu barədə məlumat və izahlı təvsir vardır. Min il bundan qabaq baş vermiş dəhşətli hadisənin izləri kimi İngiltərənin muzeylərinin birində maddi sübut saxlanılır ki, bu da tamaşaçıları laqeyd qoymur.
Öz yanında tamaşaya gələnləri çox saxlayan eksponat, məşhur Britiş muzeyində yerləşir. Bu, üzüqoylu halda yıxılıb qalmış insanın şüşə altında qorunub saxlanılmış bədənidir. Təəccüblü orasıdır ki, bu bədən, muzeyin bu bölməsində saxlanılan başqa mumiyalardan fərqlənir; bu mumiyada ilk görünüşdəki kimi bədənin bütün üzvləri, saçları və saqqalı, saxlanılmışdır.
Ölü bədən bir həftə ərzində korlanır, bu həqiqət hamıya məlumdur. Bəs onda nə üçün bu bədən 3000 ildir saxlanılır? Hətta mumiyalaşdırılmış insan bədəni məlum müddət keçəndən sonra xarab olur. Elm də bunu sübut edir. Bəs bu bədənin saxlanılmasının sirri nədədir?
Bu sirri bizə Qurani-Kərim açmışdır. Elə bununla da burda bu kitabın ucalığı və ilahiliyi təsdiq olunur.
Quranın ayələri ibrətamiz üsulda Musa peyğəmbərin fironla mübarizəsini izah edir.
Musa Peyğəmbər (ə) bizim eradan 1200 il əvvəl yaşamışdır, daha doğrusu, üç min il bundan əvvəl. İndiki kimi o vaxt da xeyir və şər qarşı durmuşdular. Məlumdur ki, firon Musanın (ə) qatı düşməni idi.
Bir dəfə firon yuxusunda görür ki, onun ölkəsində doğulmuş bir nəfər oğlan böyüyəndə, onu taxt-tacdan salacaqdır və buna görə o əmr edir ki, bütün kişi cinsinə məxsus olan yeni doğulmuş uşaqları öldürsünlər. Onda Allah-Təala yeni doğulmuş Musanı (ə) öz himayəsinə alır və onu peyğəmbər elan edir. Bəni-İsrail xalqı Misirdə çox dəhşətli zülmə məruz qalırdı. Allah-Taala vəhy yolu ilə Musaya (ə) və Bəni-İsrail xalqına Misiri tərk etməyə icazə verir. Firon eşidəndə ki, Musa (ə) öz milləti ilə yola düşmüşdür, onun ardınca böyük qoşun göndərir (Surə 26).
Musa Peyğəmbər (ə) və onun adamları, onları izləyənlərdən xilas olaraq Allahın iradəsi ilə Qırmızı dənizin sahilinə gəlib çatırlar. İrəlidə düşmən kimi - dəniz, arxada - dəniz kimi düşmən. Belə çox çətin zamanda Musa Peyğəmbər (ə) Allahın göndərdiyi vəhyə görə öz əsasını dənizə vurur. Elə o dəqiqə dəniz iki hissəyə bölündü və hər iki hissə dağ kimi oldu; suyun hissələri arasında cığır əmələ gəldi ki, Musa Peyğəmbər (ə) öz xalqı ilə ondan sağ-salamat keçib getdi (Surə 26).
Firon və qoşunu bu möcüzəni - aralanmış dənizi görcək qorxdu və təəccübləndi. Ancaq şər və düşmənçilik üstün gəldi və sular arasında uzanmış cığıra ayaq basaraq, onlar izləməyi davam etdilər. Amma fironun qoşunu yolun ortasına çatanda Allahın hökmü ilə dəniz suları bir-birinə qarışdı, fironu və onun bütün qoşununu uddu (Surə 26).
"Yunis" surəsinin 92-ci ayəsində bu hadisənin davamı təsvir edilir. Allah-Təala suda firona deyir: "Bu gün Biz sənin bədənini suyun üzünə çıxardırıq ki, səndən sonrakı, bizim elmimizə diqqətsiz olan bir çoxlarına ibrət olsun".
Bəli, doğrudan da Quran müqəddəsdir və həqiqət ondadır. Ondakı mülahizələrdən heç biri, hətta bu gün də öz aktuallığını itirməmişdir. Misal üçün ayələrdə təsvir olunmuş fironla bağlı hadisələr bizi təəccübləndirməyə bilməz. 3000 il əvvəl baş vermiş bu hadisələr birbaşa Britaniya muzeyində nümayiş etdirilən eksponatla bağlıdır. Bu, Allah-Təalanın ibrət üçün möcüzəsidir!
Bu muzey eksponatının tapıldığı yer özü də İlahi möcüzənin sübutudur. Məsələ ondadır ki, bütövlüklə saxlanılmış bədən, Qırmızı dənizin sahilində Cabaladin adlı bir yerdə torpağın altında qalmışdır. İngilis tədqiqatçıları onu sahildə isti qumların altından qazıb çıxarmış və öz ölkələrinə aparmışlar.
Bu tapıntının qədimliyini öyrənmək məqsədilə aparılan axtarışların nəticələri göstərdi ki, bunun 3000 il yaşı var.
Deməli, bu insan Musa Peyğəmbər zamanında yaşamışdır.
Quranın ayələrinin məzmunu və onların şərhi, hadisələrin həqiqiliyini təsdiq edir.
Quranda deyilir: "Səni dənizin sahilində xəlvət bir yerə atacağıq. Sənin bədənini qoruyacağıq ki, xarab olmasın, bütövlüklə və olduğu kimi qalsın, çılpaq, geyimsiz, ona görə ki, səndən bir neçə əsr sonra gələnlərə nümunə olsun".
Ayələr, təsdiqi bütöv və olduğu kimi qalmış bədən haqqında, sübut edir ki, bu bədən mumiyalaşdırılmamışdır. Məlum olduğu kimi, ölü vücudun mumiyalaşdırılması zamanı onun bəzi daxili üzvləri ləğv olunur. Burada isə hər şey öz yerindədir.