Xazar Blog > Maraqlı > Şaxta babaları arıqladırlar

Şaxta babaları arıqladırlar


Noyabr 06. Müəllif: Caspian

Şaxta babaları arıqladırlar Onlara yeni ilə qədər vaxt verilib.
Britaniyada univermağın rəhbərliyi tabeçiliyində işləyən bütün şaxta babalara yeni ilə qədər arıqlamaq tapşırığı verib. Üstəlik, onların hamısının trenajor zalına getməli olduğunu bildirib.
Qrinxit şəhərində yerləşən bu univermağın sahibi düşünür ki, şaxta babalar öz görünüşləri ilə uşaqlara nümunə olmalı və bununla da sağlam həyat tərzini təbliğ etməlidirlər. “Cəmiyyət dəyişib və bu dəyişiklik şaxta babalarda da hiss olunmalıdır. Onlar ənənəvi formalarından çıxaraq daha sağlam görkəm almalıdırlar. Gülərüz və mehriban xüsusiyyətləri isə əvvəlki kimi yerində qalmalıdır” deyə univermağın mətbuat katibi bildirib.
Statistik məlumatlara görə, şaxta baba rolunu oynayan hər bir adam bir iş saatı ərzində 600 kalori itirir. Bu itkini isə getdiyi evlərdə aldığı şirniyyatlarla bərpa edir. Hesablamalara görə, şaxta babalar onlara verilən bütün payları yesələr, çəkiləri nə az, nə çox 721 funt (327 ton) olar.
Britaniya mətbuatının yazdığına görə, bu kampaniyanın əsas məqsədi əhalidə sürətli piylənmənin qarşısını almaqdır. Əks halda, 2050-ci ilə qədər ingilislərin 50 faizinin artıq çəkidən əziyyət çəkəcəyi proqnozlaşdırılır.