Xazar Blog > Texnologiya, Araşdırma, Maraqlı > Virtual sevgilinin qurbanı

Virtual sevgilinin qurbanı


20 Noyabr 2007. Müəllif: Caspian
Virtual sevgilinin qurbanıABŞ-da internet-roman 13 yaşlı qızın intiharı ilə nəticələnib. Faciə baş verəndən sonra isə mərhumun ehtiras mənbəyinin real həyatda olmadığı müəyyənləşib - onu sadəcə olaraq aldadıblar. "MySpace" portalında Meqan Meyser Coş adlı müasir gənclə tanış olaraq onunla yazışmağa başlayıb. Bundan cəmi 1 ay keçdikdən sonra isə qız özünə qəsd edib. Polis müəyyən edib ki, valideynlərindən kifayət qədər diqqət görməyən mərhum naməlum tanışına çox bağlanıb. Qarşı tərəf Meqanın bütün problemləri ilə yaxından maraqlanır, onun qeydinə qalırmış. Amma gözlənilmədən Coş münasibətlərə son qoymaq haqqında qərar qəbul edib. Bununla barışmayan qız yataq otağında özünü asıb. Valideynləri "Coş"un qonşuluqda yaşayan ailənin məhsulu olduğunu aydınlaşdırıblar. Meqanın anası baş verən faciədə böyüklərin də əli olmasını yolverilməz vəhşilik kimi qiymətləndirib. Lakin qonşuların davranışı heç bir cinayət məcəlləsinin hökmünə uyğun gəlmir. Buna rəğmən polis hələ də işi bağlamaq haqqında düşünmür və araşdırmaları davam edir.