Xazar Blog > Kritika, Maraqlı > Tokio qidalanmaq üçün ən yaxşı şəhərdir
Tokio qidalanmaq üçün ən yaxşı şəhərdir21 Noyabr 2007. Müəllif: Caspian |
|
Mişelin bələdçi kitabına əsasən Paris yaxşı qidalanmaq üçün dünyanın ən yaxşı şəhəri adını Tokioya uduzub.
Kitabın tamamilə Asiya şəhərinə həsr olunmuş sayında Tokio 191 ulduz qazana bilib. Paris bundan iki dəfə , Nyu York isə üç dəfə az ulduz əldə edib. Tokionun səkkiz restoranı ən yüksək sayılan üç ulduzu əldə edib. Daha 25-i iki , 117-i isə bir ulduz qazanıb. Parisi bir az da utandırmaq üçün əlavə edilir ki, Tokionun ən yaxşı səkkiz restoranından üçündə fransız yeməkləri verilir. Daha üçü qonaqlar üçün ənənəvi yapon yeməyi, ikisi isə suşi hazırlayır. Mişelin bələdçi kitabının direktoru Jan Luk Naret deyir ki, Tokio ən nəfis yeməkləri olan qlobal şəhərə çevrilməkdədir və o indi ən çox ulduzlara malik bir şəhərdir. Mişelinin Tokio restoranlarını nəzərdən keçirmək planları Yaponiyada ziddiyyətlərə səbəb olmuşdu. Bəzi şərhçilər Yaponiyanın uğuruna şübhə ilə yanaşırdılar. |