Xazar Blog > Texnologiya > Amazon Amerikada elektron kitabının istehsalına başlayıb

Amazon Amerikada elektron kitabının istehsalına başlayıb


22 Noyabr 2007. Müəllif: Caspian

Nəhəng internet dükanı olan Amazon Amerikadakı internet səhifələrində Kindle ticarət markası ilə elektron kitablarını satmağa başlayıb.
Xazar blogYumşaq üz qabığı və kitab həcmində olan bu cihazın yaddaşına 200 cild sığır. Dükanın Amerikadakı saytında (www.amazon.com) satılan bu cihazın qiyməti 399 dollardır.

Amazonun eləcə də Britaniya, Almaniya, Kanada, Çin, Fransa və Yaponiyada da saytları var. Amma hazırda bu saytlarda elektron kitabı almaq qeyri-mümkündür. Amerika saytında alınan cihazı isə yalnız ölkə daxilindəki ünvanlara yollayırlar.

Kitabın içindəkiləri cihaza yükləmək üçün Kindle-ı şəxsi kompyuterə qoşmağa ehtiyac yoxdur. Məlumatlar simsiz EVDO şəbəkəsi vasitəsilə yüklənir. Amma bu texnologiya Şimali Amerikadan başqa heç bir yerdə yayılmayıb.

Amazon elan edib ki, indi Kindle-a yükləmək üçün 90 000 kitab mövcuddur. Buraya 9.99 dollar dəyərində bestsellerlər də daxildir.

Pulsuz şeyi pulla almaq 
Amazon saytı

Kindle sahiblərinə EVDO şəbəkəsindən istifadə etmək pulsuzdur. Bunun pulunu Amazon özü ödəyir. Amma istifadəçilər yükləyəcəkləri hər bir kitaba görə dükana pul ödəməlidirlər.

Bu o deməkdir ki, istifadəçilər internetdə pulsuz olan informasiya üçün də pul ödəməli olacaqlar. Kindle vasitəsilə New York Times qəzetinin saytına daxil olmaq üçün ayda 13.99 dollar ödəmək lazımdır. Qəzet, bloq və dərgilərin saytları avtomatik olaraq yenilənəcək.

Cihaz.

Amazon.com fəal şəkildə Kindle cihazını reklam etdirir

Cihazdan 30 saat istifadə etmək mümkündür. Cihazda oxunanlara dair qeydlər etmək üçün klaviatur da var.

SD kartlarının yardımı ilə yaddaşı genişləndirmək də olar. Amma Amazon bütün alınan kitabların ehtiyat nüsxələrini özündə saxlayacaq. Odur ki, onları yenidən təkrarən yükləmək mümkündür.

Bir kitabın yüklənməsi bir dəqiqə çəkir.

Amazon kitabların elektron versiyasını yaradan ilk şirkət deyil. Amma indiyə kimi bu tipli mal belə geniş populyarlıq qazanmayıb.

Noyabrın əvvəlində Sony şirkəti Reader adlı cihazının ikinci versiyasını təqdim edib. İlk versiyanı rəqəmli hüquqlar üzərindəki nəzarət sisteminə görə tənqid edirdilər.