Altı aylıq körpələrin çoxu ətrafdakıların onlara olan münasibətini qiymətləndirə bilirlər. Yeni araşdırmaya əsasən, onlar kimi dost kimin düşmən olduğunu ayırd etməyə qabil olurlar.
Amerika alimləri hesab edirlər ki, körpələr həyatlarının ilk aylarında sosial təhlil etmək bacarığını qavrayırlar.
Tədqiqatın müəllifləri Nature jurnalında yazırlar ki, bu körpələrə sonrakı illərdə mənəvi fikirlər yürütmək və addımlar atmaq üçün əsas yaradır.
Araşdırmanın aparıcı müəlliflərindən biri Kayli Hamlin deyir:
"Altı aylıq körpələr artıq çox şeyi öyrənmiş olurlar.
Biz demirik ki, körpələrdə mənəvi prinsiplər formalaşmış olur. Lakin onlar kimisə xoşlayır, kimdənsə xoşları gəlmir. Bu onlarda müəyyən dəyərləndirmə mexanizminin olduğundan xəbər verir."