Xazar Blog > Bildiriş, Kritika, Şəkil > "Qızlar" serialı ətrafındakı söz söhbətlər və serialdan FOTOLAR

"Qızlar" serialı ətrafındakı söz söhbətlər və serialdan FOTOLAR


28 Noyabr 2007. Müəllif: Caspian
"Qızlar" serialı ətrafındakı söz söhbətlər və serialdan FOTOLAR Azərbaycanın son dövrlərindəki istehsallarından biri olacaq, ANS-ə məxsus "Baklfilm"in istehsalı olan "Qızlar" serialı adı çəkilən müəssənin 16 illiyində təqdim olunub.
Nəzərinizə çatdıraq ki, bu serial daha başlamazdan əvvəl bir sıra söz söhbətlərə səbəb oldu. Amma yaxşıcada reklam oldu. Yəqinki söz söhbətlərin mənasıda məhz bu reklam idi. Ən azından mən belə fikirləşirəm. Guya Sevda rolunun ifaçısı aktirisa Zümrüdün nişanlısı etiraz eləyib icazə vermək istəmir. Bizdə inandıq... Özdə səbəb nə imiş açıq saçıq obrazı oynadığına görə. Əlbəttə belə demək xeyirlidi onlara . Bu zaman əksər KİV lər bu haqda məlumat verəcəklər. Bu da çox yaxşı anonsdur. Elə bizdə XazarNamə də bununla baglı xəbərlər vermişik. Bəlkədə oxuculardan belə düşünməyənlərdə olacaq. Mən isə öz fikrimi belə əsaslandırım:
Necə olurki bu qız ssenarini evində oxumaga gətirməyib ya guya bilmirdi öz sevgilisinin xasiyyətini? Birdə yaxşıki, hələ "Bağlama" verlişinə oğlanı dəvət eləməmişdilər. Ya da o rola girəcək aktyor tapmamışda ola bilərlər. Hər halda heç kəs özünə sığışdırıb oynamazdı elə rolu. İndi göründə bir adam öz nişanlısını gecənin bir yarısı "Gecə YARı" verlişini aparmağa icazə verir amma filmdə oynamağa yox. Hələ birdə aktrisa yoldaşları deyir "Burada nə varki qız Sevdanı oynayırda özü deyila". Guya filmdə açıq saçıq geyinəndə camaat Zümrüdün yox Sevdanın ora burasını görəcəklər. Hər halda mənim dediyim odurki nişanlısı filan boş sözlərdir. Maraqlananlar filmi gözləsinlər. Ümid edirəmki bizim də TV məkanda yerli seriallarımız öz keyfiyyəti ilə xaricilərlə yarışacaqlar. Bu yazını yazmaqda məqsədim filmin keyfiyyətinə bir söz demək deyil. Üstəli uğurlu reklam kompaniyası üçündə alqışlayıram. Sadəcə oxucuları məlumatlandırmaq istədimki, serialın efirə gedib getməyəcək sualı düşündürməsin. Bu isə serialdan olan bəzi foto şəkillərdir.

FOTOLARA BAXMAQ ÜÇÜN KLİK EDİN!