Xazar Blog > Texnologiya, Araşdırma, Kritika > Azərbaycana aid domainlərin xarici istismarı.
Azərbaycana aid domainlərin xarici istismarı.3 Dekabr 2007. Müəllif: Caspian |
|
Yenə sağ olsunlarki bir çox gec olmasına baxmayaraq bu mövzu kiminsə diqqətini çəkibdi. Araşdırma aparıblar və domainlərin qeyri Azərbaycanlıya məxsus olduğunu görüblər. Təəssüfki hər cəhətdən ermənidən üstün olmağımıza baxmayaraq, niyə məhz bu sahədə geriyik xeyli düşündürücüdür. Çox sagolsun yenə RİTN əməkdaşları. Azerbaijan.com , sumgait.com kimi cografi adları bildirən bizə məxsus domainlər mənimsənilib və əcaib saytlar qurublar bu domainlərdə. Sujetin axırında da yazdılarki azerbaijanrepublic.com, azerbaijangirls.com və azerbaijanwomen.com domainləri hələ də boşdur. Bunlarıda ermənilərin əlinə keçməmiş gərək biz alaq. Bu cürə təbliğat nə dərəcədə düzgündür axı ?! Nəzər almaq lazımdır ki, buna düşmən də baxır. Efirə çıxıb bunu hansısa bir şəxsdən xahiş etmələri nə deməkdir. Bəlkə baxan düşmən aldı elə. Həm niyə .com domaini elə bahadırki guya ? sadəcə olaraq 7.95 dollar qiyməti var ( yəni yeddi ABŞ dolları və 95 ABŞ senti ). Bu sujet ərsəyə gələnə kimi, bundan iştirak edən hər bir adam üçün bu pul böyük məbləğ deyil. Yaxşı nəzərə alıramki internet sahəsində çalışmayan şəxslər üçün bu çətindir. Onlara bir domain qeydiyyatı olduqca mürəkkəbdir. Bəs bizim Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyində işləyib, bu mövzunu araşdıran bir adam üçün bir domain qeydiyyatı heç nədir məncə. Nəsə, uzun sözün qısası... Elə bu fikirlərlə gəlib kompyuter arxasına keçib saytlardan birini almağa qərar verdim ( birini almağa məcbur idim, veb hesabımda kifayət qədər pul qalmamışdı 3 domaini da almağa, fikirləşdim digər ikisini sabah alaram ). Qeydiyyat etmək istədiyim domain əvvəl azerbaijanrepublic.com oldu. Birdə gördüm bu domain 2001-ci ildə noyabr ayının 15 də 7 illik qeydiyyatdan keçib ( http://whois.domaintools.com/azerbaijanrepublic.com ). Məcburən ikinci domainə baxdım - azerbaijangirls.com. Bu da 2005-ci ilin 30 yanvarında qeydiyyatdan keçib ( http://whois.domaintools.com/azerbaijangirls.com ). Nəhayət sonuncu domain - azerbaijanwomen.com. Bu domaində bu ilin oktyabr ayının 16 sı qeydiyyat edilib ( http://whois.domaintools.com/azerbaijanwomen.com ). Bu dəfədə bütün domainlər qeyri millətlər tərəfindən. Bəs axı araşdırmışdılarki boşdur...... |