Xazar Blog > Maraqlı > 47-ci mərtəbədən düşdü, amma yaşayır!

47-ci mərtəbədən düşdü, amma yaşayır!


12 Dekabr 2007. Müəllif: Guardian
47-ci mərtəbədən düşdü, amma yaşayır! ABŞda bir binanın pəncərələrini silən işçi 144 metrdən düşdü amma...

ABŞın New York şəhərində bir binanın pəncərələrini silən iki işçinin üstündə olduqları platformanın ipləri qopdu. İki işçi 47-ci mərtəbədən yere düşdü.144 metrdən aşağı düşən işçilərdən biri öldü, amma digəri həyatda qaldı.

Ekvatorlu iki qardaş "Solow Tower" ın pəncərələrini silmək üçün hər gün 46-cı mərtəbəyə liftlə çıxırdı. Son bir mərtəbəni pilləkanlardan çıxan Alcides və Edgar Moreno pəncərələriı silmək üçün bloqun içinə girdi.

Ancaq bloqun qopması ilə aşağıya düşən qardaşlardan Edgar barmaqlıqların üzərinə düşərək həyatını itirdi. Arcides isə ağır yaralandıqdan sonra xəstəxanaya aparıldı. Həkimlər Arcidesin yaşama şansı olub olmadığına dair bir şey demek istəmirlər, ancaq 144 metrdən düşən bir insanın yaşadığına da inana bilmirlər.

Polislər bloqda çıxan problemdən baş verdiyini düşünürlər, ancaq tam qərar üçün Arcidesin komadan çıxmasını gözləyirlər.