Xazar Blog > Maraqlı > Ölümün necə olduğu ilə maraqlananlar üçün otel!

Ölümün necə olduğu ilə maraqlananlar üçün otel!


13 Dekabr 2007. Müəllif: Guardian
Ölümün necə olduğu ilə maraqlananlar üçün otel! Çinin Jiangsu əyalətiki Lishui şəhərində Jiao Meige adlı bir qadının açdığı və "Mozole" adını verdiyi otelə gələn müştərilər gecə müddətində qəbir həyatı yaşayır.

Çinin öz mədəniyyətini əks etdirən tərzdə və Maonun türbəyə bənzəyən üslubla inşa edilən oteldə yataqlar tabut şəklindədir. Jinling Evening Post qəzetinin açıqladığı xəbərdə bu fikrin niyə və necə doğduğu soruşulan Meige "Əslində otelin olduğu əraziyi başqa məqsədlə almışdım ancaq ətrafda çoxlu məzar olduğu üçün heç kim çalışmaq istəmədi. Ağlıma birdən 'Ölümü ölmədən yaşamaq mümkünmü?' sualı geldi və bu otel fikri doğdu.Dünyada bu qədər məzar var; mən də insanlara ölümü ölmədən yaşatmaq istədim. Gecələri servis olmur, heç kim qorxudan çıxmır, çünki otelin ətrafı məzarlıqdır. Ürək xəstələrini qəbul etmirik. Ruh xəstələrini də baxıcı ilə bərabər qonaq edirik."-deyə cavablandırdı.