Xazar Blog > Bildiriş, Texnologiya > Xazar Chatın yeni sistemə keçirilməsi ilə əlaqədar təmirə bağlanıbdı
Xazar Chatın yeni sistemə keçirilməsi ilə əlaqədar təmirə bağlanıbdı16 Dekabr 2007. Müəllif: Caspian |
|
Yeni sistem haqqında bir qədər geniş məlumat vermək istərdik: Bütün proqramlaşdırma Xazar.com`a aiddir. Əvvəlcədən qeyd edək k,i bu ilkin versiyadır və zaman keçdikcə daha çox fünksiyalar əlavə olunacaq. Test versiya olaraq fəaliyyətə başlayacaq sistemə irəliləyən vaxt ərzində daha təkmilləşdirilməsi nəzərdə tutulub. İndi otaqlara nəzarət panelinin imkanları bir o qədər geniş olmasa da gələcək üçün əlverişli vəziyyətə gətirmək niyyətindəyik. Otaq sahibi olmaq istəyənlər bilmlədirki artıq öz gələcək otaqlarında bütün səlahiyyətlər onların əlində olacaq.Əvvəlki sistemdə otaqlar siyahida standart qayda ilə düzülürdü. Ancaq yeni sistemdə otaq daxilində olan adam sayından asılı olaraq o siyahida müvafiq yeri alacaq. Beləki, hansı otaqda adam sayı çox olarsa həmin otaq siyahıya birinci gələcək. Hər otağın özünün idarə heyəti müstəqil olacaq. Siz bir otaqdan qovulduqda belə digərinə girmək hüququnda olacaqsınız. Sistemdə yalnız bir otaq - "Serbest" otağı olacaqki, burada heç bir nəzarətçi heç bir qayda qanun mövcud olmayacaq. Bütün otaqlardan qovulmuş olsanızda buraya daxil ola biləcəksiniz. Ancaq nəzər alınki bu otaqda nəzarətçilər olmayacaq. Otaq açmağın qaydaları və bununla bağlı kiçik yardımı indidən nəzərinizə çatdırırıq. Qaydalar: 1. Otağın ad seçimində diqqətli olmalısınız.Tərkibində milli mentalitet və əxlaq normalarına uyğun gəlməyən, Azərbaycan və beynəlxalq qanunvericiliyinə zidd olan məzmun, habelə Azərbaycanın və dövlətimiz tərəfindən tanınmış digər ölkələrin milli atributlarına hörmətsizlik edən söz və ya ifadə işlədilməsi qəti qadağandır.Bu kimi adlar sistemdən xaric olunacaqdır. Eyni zamanda otaq sahibləri otaqda Azərbaycana və beynəlxalq qanunvericiliyə zidd olan, ölkəmizin və Azərbaycan dövləti tərəfindən rəsmi şəkildə tanınmış dövlətlərin mənafeyinə əks olan təbliğat xarakterli söhbətlərin aparılması qadağandır.Bu halda həmin otaq xəbərdarlıqsız bağlanacaq. 2. Qeydiyyat zamanı siz e-mail adresinizi düzgün qeyd etməlisiniz. çünki otağın aktivizasiya kodu sizin e-mailinizə yollanacaq. Kodu 24 saat ərzində aktivləşdirməsəniz avtomatik olaraq qeydiyyatınız keçərsiz sayılacaq.E-maile yollanmış məlumatları silməməlisiz.Məktub sizin otağınız haqqındakı məlumatları tərkibində saxlayır. Otağınızın parolunu itirməyiniz halında buradan istifadə edə bilərsiniz. Digər alternativ təhlükəsizlik baxımından mövcud deyil. 3. Sizin yaşınız 18-dən yuxarı olmalıdır. 4. Bütün qaydalarda istənilən vaxt dəyişiklik etmək və yenidən yazmaq hüququnu Xazar.com öz səlahiyyətləri daxilində saxlayır. Kömək: 1. Otaq yarandıqdan sonra e-mailə gələn məlumatlar əsasında siz öz idarə panelinizə daxil ola bilərsiniz. Otağın idarə qaydaları ilə hesabınıza daxil olduqdan sonra tanış ola biləcəksiniz. 2. Otaqlar qeyri aktiv olduğu halda avtomatik olaraq silinəcək. Otağın aktivlik reytinqini artırmaq öz səlahiyyətləriniz daxilindədir. Otaq açıldıqdan sonra bir həftə sonra reytinqdə iştirak edir. Əgər bu vaxtı ilk 10 otaq arasında özünə yer almasa avtomatik olaraq bağlanır. 3. Siz bir e-maildən yalnız bir dəfə istifadə edə bilərsiniz. Eyni zamanda bir istifadəçi yalnız bir otaqda nəzarətçi ola bilir. |