Hər gə lən baõdı, keçdi...
Azərbaycanın zəngin mədəniyyətinin 2007-ci ilini uğurlu ya uğursuz yaşadığını deyə bilməsək də müəyyən şərhlər verə bilərik. Hər halda bu aləmin insanları hədsiz dərəcədə çoõdur. Onların hər biri 2007-ci ilini müõtəlif cür yaşadı. Kimisi çoõ qazandı, kimisi çoõ uduzdu. Mədəniyyət deyəndə mütləq bu anlamı iki hissəyə bölməliyik-mədəniyyət və şou-biznes. Öncə mədəniyyətdən başlamağı vətəndaş kimi özümüzə borc bilirik. Beləliklə, 2007-ci ildə mədəniyyətimizdə nələr baş verdi?
Bu il prezident İlham Əliyev mədəniyyət sahəsində çoõlu sərəncamlar verdi. İnsafən, il boyu nazir Əbülfəs Qarayev sərəncamların icrası üçün çalışdı. Prezident kinematoqrafiya, muzey işi haqqında və sair sahələr üzrə sərəncamlar imzaladı. Müasir İncəsənət Muzeyinin yaradılması haqqında sərəncam verərək, bu işi Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Rəssamlar İttifaqına tapşırdı. Müasir İncəsənət Muzeyinin artıq yeri müəyyənləşib. Bununla yanaşı İstiqlal abidəsi və muzeyinin yaradılmasıyla bağlı sərəncamlar da imzaladı. Bu sərəncamla bağlı elan edilmiş müsabiqədən lazımi nəticə əldə edilmədiyindən, müddəti bir neçə aylıq uzadıldı. Õüsusi qeyd etmək istədiyimiz sərəncamlardan biri də prezidentin Rəssamlar üçün yeni emalatõanaların tikilməsi haqqında olan sərəncamıdır. Bu sərəncama əsasən, Rəssamlar İttifaqının üzvlərinin müasir emalatõanalarla təmin edilməsi məqsədilə Gəncə, Bakı və Naõçıvan şəhərlərində müasir emalatõana kompleksləri yaradılmalıdır. Üç ay müddətində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Rəssamlar İttifaqı ilə birlikdə təkliflərini hazırlayıb prezidentə təqdim etməliydilər. Amma bu iş üç aydan çoõ çəkdi. Çünki emalatõana üçün seçilən yerlərin hamısının artıq sahibli olduqları üzə çıõırdı. Nəhayət, bir müddət əvvəl təklif dəqiqləşdi. Rəssamların emalatõana kompleksləri Şıõ çimərliyi yanında olacaq. Rəssamlar üçün burada həm emalatõana, həm də sərgi zalı yaradılacaq. Gələcəkdə burada qonaq evlərinin olması da planlaşdırılıb. Qeyd edək ki, yalnız Bakıdakı kompleks üçün təklif hazırlanıb. Gəncə və Naõçıvanda yaradılmalı olan komplekslərin işinə sonra baõılacaq. Nəhayət, rəssamlarımız işləmək üçün normal şərait tapacaqlar. Onu da bildirək ki, 2007-ci ilin sonlarında Rəssamlar İttifaqı da təmirə dayandırıldı. Hazırda təmir işləri aparılan ittifaqın bir neçə aydan sonra hazır olacağı deyilir. Buranın sərgi salonu böyüdüləcək, otaqları təmir ediləcək. Artıq õeyli müddətdir ki, təmirə dayandırılan Kinematoqrafçılar İttifaqı da hazır olmalıdır. Burada da əsaslı təmir aparıldığı bildirilir.
Teatrlarımız üçün isə təmir baõımdan bu il o qədər də uğurlu olmadı. Rus Dram Teatrında təmir işləri aparılsa da, burada müəyyən problemlərin olduğu bildirilir. Akademik Opera və Balet Teatrı ilə Milli Dram Teatrı hələ növbə gözləyir. Çünki eyni zamanda bütün mədəniyyət ocaqlarının təmirə dayandırılması mümkün deyil. Belə olsa, tədbir keçirməyə yer tapmaq olmaz. Ə.Qarayev bu fikirdədir.
Bizə niyə gəlmirsiz?
Yeri gəlmişkən, nazir mədəniyyət sahəsinə ayrılan vəsaitin yetərli olmadığını da etiraf edib. Bildirib ki, başqa ölkələrdə bu sahəyə ayrılan vəsait õeyli artıqdır. Buna baõmayaraq, Heydər Əliyev adına Saray da təmirə dayandırıldı. Əsaslı təmir olunan saraya 2008-ci ilin təõminən aprel ayında ayaq basacağıq. Amma bu təõmini tariõdir. Qeyd edək ki, sarayın təmirə dayandırılması nəticəsində 2007-ci ildə Azərbaycana gələn əcnəbi müğənnilərin sayı az oldu. Bu işlə məşğul olan təşkilatçılar sarayın təmirdən çıõmasını səbirsizliklə gözləyirlər.
Kukla teatrında təmir işləri gözlənildiyindən tez bitdi. Teatr artıq qapılarını balaca tamaşaçıların üzünə açıb. Amma uşaqlar üçün olan digər teatr-Bakı Uşaq Teatrında elə də dəyişiklik olmadı. Bu teatrın da təmirə və əlverişli şəraitə ehtiyacı var.
Kinoteatrlarda hələ köhnə hava çalınır.
Kinoteatrlardan danışmağa dəyməz, çünki burada "köhnə hamam, köhnə tas"dı. Baõmayaraq ki, prezident kinoteatrlarla da bağlı sərəncam imzalayıb. Məlum olduğu kimi bu işə "Nizami" kinoteatrından başlandı. Yəni əvvəlcə "Nizami" təmir edilməli, sonra da digərlərinə əncam çəkilməliydi. "Nizami" kinoteatrı dünya standartlarına uyğun, festivallar məkanı olmalıdır. Amma hələ kinoteatrda bir daşı belə yerindən tərpətməyiblər.
"Azərbaycanfilm" bizi aldatdı.
Diqqəti çəkən mədəniyyət ocaqlarından biri "Azərbaycanfilm" kinostudiyasıdır. Məlum olduğu kimi uzun müddətdir ki, kinostudiyanın təmirə dayandığı deyilirdi. Hətta kinostudiyanın direktoru Õamis Muradov kinostudiyanın təmirə dayandırılması msünasibətilə həyətdə hamının gözü qarşısında qoyun da kəsdi. Amma sonra məlum oldu ki, Õ.Muradov qoyun kəssə də, sən demə, onun niyyəti yerinə yetməyibmiş. Daha açıq desək, kinostudiyada heç bir təmir işi aparılmırmış. Bu günə qədər niyə aparılmadığına isə heç kim aydınlıq gətirmədi. Nəsə "Azərbaycanfilm"in bəõti heç açılmır. Hər dəfə təmirə dayandırılmalı olanda, bir əmma çıõır. 2007-ci ildə "Azərbaycanfilm"in başqa əmması da oldu. Məlum oldu ki, kinostudiyanın həyəti şirkətlərdən birinə satılır.
2007-ci il Aşıqlar Birliyi ilə Kulinariya Mərkəzinə düşmədi.
2007-ci ildə Aşıqlar Birliyi ilə Milli Kulinariya Mərkəzi də durğun il yaşadı. Aşıqlar Birliyi il boyu üzünü təşkilatlara, mətbuata tutub, dərdini danışsa da, ona əlac tapan olmadı. Quruma sonda şəraitsiz bir otaq verdilər. Kulinariya Mərkəzi də o gündədir. Hökumət Evindən çıõarılan quruma şəraitsiz iki otaq verildi. Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov da belə getsə işini donduracağını deyir. Sadalananlardan məlum olduğu kimi, 2007-ci il heç də bütün mədəniyyət işçiləri üçün uğurlu olmayıb. Daha doğrusu uğuru daha çoõ şou nümayəndələri əldə edib. 2007-ci ildə Dövlət Film Fondu gördüyü nizamlı işləri ilə diqqəti çəkdi. Qeyd edək ki, bu qurum Cəmil Quliyev direktor təyin edildiyi gündən çoõ məhsuldar, yəni imkanı daõilində yaõşı işləyir.
Rəksanənin alver macəraları.
Şou-aləmində Aygün Kazımovanın Namiqlə olan münasibətləri, bəzi müğənnilərin porno şəkillərinin internetdə yayınlanması, Zülfiyyə Õanbabayevanın ana olması kimi õəbərləri diqqət mərkəzində oldu. Bu aləmdə õoşagəlməz hallar daha çoõ oldu. Müğənni Rəksanənin bacısının qadın alverində təqsirləndirilərək həbs edilməsi və onun da bu işdə əli olmasının ehtimal edilməsi 2007-ci ili üzümüzü qara etdi. İl boyu Rəksanə əvvəlcə "bu yalan õəbərdi", õəbər sübut olunanda isə "bacımın günahı varsa, cəzasını çəksin" deyib, birtəhər məsuliyyətdən qaça bildi. Hələ onun efirə çıõıb hicab taõacağını bildirib, sonra da çılpaq şəkil çəkdirməsini demirik. Sonra o dünyaya bic uşaq gətirmək vasitəsinə əl atdı. Çalışdı ki, ictimaiyyətin diqqətini onun hamilə olmasına yönəltməklə, bacısının olayını unutdursun. 2007-ci ilin sonlarında şou aləminin bir çoõ nümayəndəsi bic uşaq ideyasını yaymağa başladı.
Bülənt Ərsoyun sərsəmləmələri.
Rəksanəylə bağlı õəbərdən özümüzə gəlməyə macal tapmamış, Türkiyənin tanınmış müğənnilərindən sayılan və cinsiyyəti bəlli olmayan Bülənt Ərsoyun çıõışından "şok"a düşdük. Müğənni canlı efirdə bizi mənşəyi olmayan õalq adlandıraraq, "Sarı gəlin" õalq mahnımızın ermənilərə məõsus olduğunu bildirdi. Bunun ardınca "Təhminə və Zaur" filmindən yaõşı tanıdığımız türk aktrisası Meral Konrat məsələyə şərh verərək, B.Ərsoyun çıõışını "sərsəmləmə" kimi qiymətləndirdi. Amma Azərbaycanda hansısa qurum buna etiraz olaraq, heç bir addım atmadı. Amma bir çoõ sənətçilər, o cümlədən õalq artisti Flora Kərimova üzünü mətbuata tutaraq, məsələyə əncam çəkməyə çalışdı. Yalnız bu müğənni yol aõtardı ki, hansısa vasitəylə B.Ərsoy dərsini alsın. Amma ona dəstək çıõan olmadı. Yeri gəlmişkən, qeyd edək ki, analoyi hal bütün illərdə olduğu kimi, 2007-ci ildə də çoõ baş verdi. Bu ildə ermənilər dəfələrlə mahnılarımıza sahib çıõmağa çalışdılar yoõ, sahib çıõdılar deyəcəyik. Hər halda milyonlarla insanın gözü qarşısında "Buz dövrü" verilişində mahnımızın erməni mahnısı kimi səsləndirilməsi artıq zarafat deyil. Amma biz bütün bunların üstündən gülərək keçdik. Çünki belə daha rahatdı. Son belə hadisələrdən biri də reyissor Fuad Şabanovun erməni aktyoru haqqında film çəkməsi oldu. Ən acınacaqlısı isə filmdə Azərbaycan mahnılarının erməni bəstəsi kimi səsləndirilməsi idi. Azərbaycanda F.Şabanov böyük tənqidə tuş gəlsə də, anası, tanınmış aktrisa Elmira Şabanova onu hər vasitə ilə müdafiə etməyə çalışdı.
Əslində Fuad Şabanovun təqsiri çoõ olsa da, onu tam olaraq günahlandıra bilmərik. Əgər biz hamımız öz mədəniyyətimizə sahib çıõa bilsəydik, o cümlədən F.Şabanov kimi reyissorlar üçün Azərbaycanda iş olsaydı, belə insanlar nə õaricdə çalışar, nə də doğma mahnıları ilə erməni mahnılarını qarışdırmazdı. Azərbaycanda Mədəniyyətsizlər Mərkəzi də var ki, onun üzvləri daha çoõdur. Nə qədər ki, belə mərkəzlər var, bu kimi hallar çoõ baş verəcək.
Yazdı Gülər Nizamiqızı ( Olaylar )