Amerikalıların "tez-tələsik yemək" (fast-food)
adlandırdıqları kafe və restoran sektorunun iki nəhəngi olan "McDonalds" və
"Starbucks" arasında tarixin ən ciddi qarşıdurması başlayıb.
"McDonalds"
dünən bəyan edib ki, ABŞ-dakı 14 min restoranında eynən "Starbucks" kimi qəhvə
satışlarına başlayacaq. Korporasiya bu minvalla satışlarını ən azı $1 milyard
artırmaq niyyətindədir.
Bundan sonra "McDonalds"ın qəhvə menyusunda
"kapuççino", "latte", "frappe", "espresso" olacaq.
İllik dövriyyəsi $21,6
milyard təşkil edən "McDonalds" eyni zamanda "Starbucks" kimi şüşə butulkalarda
"yumşaq" içkilər və ayaqüstü nahar da satmağa başlayır.
"McDonalds"ın
Birləşmiş Ştatlardakı bölməsinin rəhbəri Don Tompson "The Wall Street Journal"a
verdiyi açıqlamasında başladı ki, şirkət son 30 ildə menyusunda ilk dəfə böyük
dəyişiklik edir.
"Starbucks"un bütün dünyada satdığı və ən məşhur qəhvə
növlərindən birinə döndərdiyi "frappuççino"ya alternativ olaraqsa "McDonalds"
müştərilərə "frappe" təklif edəcək.
Analitiklər "McDonalds"ın qəhvə biznesinə
girməsini olduqca risqli addım sayırlar. "Bear Analytics" agentliyinin baş
eksperti Fil MakKonnal "Bloomberg"ə bildirib ki, qəhvə satışları başlayarsa,
"McDonalds"ın bütün əməliyyat dövriyyəsi aşağı düşə bilər. "Ümumiyyətlə isə
"fast-food" sektorunun iki nəhəngi arasında çox sərt rəqabətin başlanması bu
sahəyə qlobal miqyasda kimin nəzarət edəcəyini göstərəcək".
Ümumiyyətlə
isə hər gün dünyada "Starbucks"un 6 yeni kafe və ya dükanı açılır. 110 min nəfər
əməkdaşı olan "Starbucks" hazırda $6,4 milyardlıq illik dövriyyəyə sahibdir və
kafelərinin sayını 40 minə çatdırmaq niyyətindədir.