Xazar Blog > Araşdırma > "McDonalds"la "Starbucks"un qarşıdurması (rəqabəti)
"McDonalds"la "Starbucks"un qarşıdurması (rəqabəti)11 Yanvar 2008. Müəllif: Caspian |
|
"McDonalds" dünən bəyan edib ki, ABŞ-dakı 14 min restoranında eynən "Starbucks" kimi qəhvə satışlarına başlayacaq. Korporasiya bu minvalla satışlarını ən azı $1 milyard artırmaq niyyətindədir. Bundan sonra "McDonalds"ın qəhvə menyusunda "kapuççino", "latte", "frappe", "espresso" olacaq. İllik dövriyyəsi $21,6 milyard təşkil edən "McDonalds" eyni zamanda "Starbucks" kimi şüşə butulkalarda "yumşaq" içkilər və ayaqüstü nahar da satmağa başlayır. "McDonalds"ın Birləşmiş Ştatlardakı bölməsinin rəhbəri Don Tompson "The Wall Street Journal"a verdiyi açıqlamasında başladı ki, şirkət son 30 ildə menyusunda ilk dəfə böyük dəyişiklik edir. "Starbucks"un bütün dünyada satdığı və ən məşhur qəhvə növlərindən birinə döndərdiyi "frappuççino"ya alternativ olaraqsa "McDonalds" müştərilərə "frappe" təklif edəcək. Analitiklər "McDonalds"ın qəhvə biznesinə girməsini olduqca risqli addım sayırlar. "Bear Analytics" agentliyinin baş eksperti Fil MakKonnal "Bloomberg"ə bildirib ki, qəhvə satışları başlayarsa, "McDonalds"ın bütün əməliyyat dövriyyəsi aşağı düşə bilər. "Ümumiyyətlə isə "fast-food" sektorunun iki nəhəngi arasında çox sərt rəqabətin başlanması bu sahəyə qlobal miqyasda kimin nəzarət edəcəyini göstərəcək". Ümumiyyətlə isə hər gün dünyada "Starbucks"un 6 yeni kafe və ya dükanı açılır. 110 min nəfər əməkdaşı olan "Starbucks" hazırda $6,4 milyardlıq illik dövriyyəyə sahibdir və kafelərinin sayını 40 minə çatdırmaq niyyətindədir. |