Xazar Blog > Maraqlı > Çinin buz heykəlləri ərimək təhlükəsilə üz-üzə

Çinin buz heykəlləri ərimək təhlükəsilə üz-üzə


14 Yanvar 2008. Müəllif: Caspian
Xazar.com Çində məhşur buz festivalı deyəsən, qlobal istiləşmənin növbəti qaliblərindən biri olacaq.
Hər il qışda minlərlə turist Çinin şimal-şərqindəki Harbin şəhərindəki buz heykəlləri görmək üçün bura axışır.

Ancaq havanın temperaturunun yüksəlməsilə heykəllər əriməyə başlayıb.

Harbin Çinin ən soyuq şəhərlərindən hesab olunur.

Qışda burada temperatur mənfi 35 dərəcəyədək enir.

Bu kəsici soyuq iqlimə baxmayaraq, şəhər populyar turist məkanına çevrilib.

Asiyanın hər tərəfindən turistlər bura soyuq havanın şahidi olmağa və şəhərin buz heykəllərini görməyə gəlir.

Ancaq bu il burada qış hər ildə olduğu qədər soyuq keçmir.

Ötən il Harbin özünün ən isti ilini yaşadı və buz heykəllər vaxtından əvvəl əriməyə başladı.

Buz festivalı bir qayda olaraq fevralın sonunadək davam edir.

Ancaq bu il buzun daha tez əriyəcəyi qorxusu var.

Bu yalnız ekoloqları narahat edən məsələd deyil.

Harbinin buz festivalı şəhərin böyük gəlir mənbəyidir.

Buz yoxa çıxsa, turistlər də yox olacaq.