Xazar Blog > Araşdırma, Maraqlı > Google insanların beyin fəaliyyətini zəiflədir
Google insanların beyin fəaliyyətini zəiflədir15 Yanvar 2008. Müəllif: Caspian |
|
İngiltərənin “Brighton” universitetinin akademiki Tara Brabazon, quql (Google) axtarış sisteminin insan beyninə mənfi təsir göstərdiyini iddia edib. Brabazonun apardığı araşdırmalar nəticəsində məlum olub ki, yeni gələn nəslin nümayəndələri bir məlumatı öyrənmək üçün heç bir araşdırma aparmır, hər şeyi quqldan öyrənirlər. Bu zaman onlar məlumatın hardan gəldiyinji bilmədən və üzərində düşünmədən istifadə edirlər. Bu isə öz növbəsində onların beyin fəaliyyətlərinin və düşüncə qabiliyyətlərinin zəifləməsi ilə nəticələnir. Mətbuat mütəxəssisi olan Brabazon bu sahədə apardığı araşdırmaların nəticələri ilə bütün tələbələri, müəllimləri, akademikləri tanış edəcəyini və onlara quqldan istifadə etməmək üçün xəbərdarlıq edəcəyini bildirib. Qeyd edək ki, Brabzon hələ bir neçə il bundan əvvəl öz tələbələrinə quql və vikipediyadan istifadə etməyi qadağan edib. Mənbə: /ANS PRESS/ |