Xazar Blog > Maraqlı > Türkiyədə meyit yuma kursu açılıb

Türkiyədə meyit yuma kursu açılıb


18 Yanvar 2008. Müəllif: Caspian
Xazar.comKurslarda bacarıqlı olanlara sertifikat veriləcək.
    Türkiyənin Sakarya vilayətində ev qadınları üçün «cənazə yuma kursu» açılıb. Vilayətin xalq mədəniyyət mərkəzi bölgədə vəfat edən qadınların cənazələrini yuyacaq və kəfənləyəcək insanların azlığını görərək belə bir kurs açıb. Qadınlar kursa böyük maraq göstəriblər. Vilayətin 20 min əhalinin yaşadığı Geyve bölgəsində vəfat etmiş qadınların meyitlərini yuyacaq şəxs tapmaqda çətinlik çəkilir. Burada bu işi edən bir qadın qaldıqda, vilayət müftisi qadınlar üçün meyit yuma kursunun açılmasını istəyib. Kursa ilk olaraq 45 qadın qatılıb. Kursda qadınlara cənazə yuma, kəfənləmə, cənazə duaları oxumaq cansız manken üzərində öyrədilir. İki həftə davam edəcək kurslarda bacarıqlı olanlara sertifikat veriləcək. Xalq mədəniyyət mərkəzi müdiri bildirib ki, istək olarsa, ikinci kurs da açmaq mümkündür.