Bu əhvalat nə İran, Səudiyyə Ərəbistanı, nədəki Sudanda baş verib. Hadisə özünü Azadlıq məskəni adlandırıan Amerika Birləşmiş Ştatlarında cərəyan edib.
Amerikada artıq 70 ilə yaxındır ki, Mormonlar Kilsəsi fəaliyyət göstərir. Bu təriqət təsisatı çoxarvadlığı buyurur.
Mormon qadınları ərlərinə tam tabe olmalıdırlar. Belə qadınlardan biri 35 yaşlı Kərolayn Jessop 5 il bundan əvvəl, o zaman onun 35 yaşı və artıq 8 uşağı var idi, bu təriqətdən çanını qurtarmağı qərara almışdır. Bu yaxınlarda onun " Escape" - "Qaçış" adlı kitabı da nəşr edilib. BBC radiosuna müsahibədə Kərolayn mormon qadınlarının durumu haqda bunları danışır:
"Dünyaya göz açandan sonra nəfəsinə qədər bütün hərəkətlərinə, nə geyinəcəksən, saçını necə darayacaqsan, gün ərzində nə kimi işlər görməlisən, nə vaxt və kimə ərə getməlisən, neçə uşağın olmalıdır - həyatın hər bir elementi nəzarət altındadır. Mən özüm 18 yaşında ərə getmişəm, 15 il ərzində 8 uşaq dünyaya gətirmişəm.
Mən, çoxarvadlıq təcrübəsinin artıq 6-cı nəslinə mənsubam.
Gözümü açandan elə bu mühütü görmüşdüm, kənar cəmiyyətin nə olduğunu bilmirdim. Mən, qapalı bir mühitdə yaşayırdım. Və bu ənənə bizim ailədə artıq 150-dən çoxdur ki, davam edirdi."
- Bəs sektadan qaçmaq fikri nə vaxt ağlınıza gəldi?
"İçmaya Yorren adlı biri rəhbərliyə başlayanda, hər şey daha da kəskinləşdi və sərtləşdi. Yadımdadır, biz sadə, günahsız zarafatlar belə etməyə çürət etmirdik, hər sözümüzü ölçüb-biçirdik. Yorren özünü profet - peyğəmbər adlandırmışdır. O, icma üzvlərini hətta bir neçə dəfə kütləvi intiharlara sürükləməşdir - bu barədə, yəqin ki, məlumatlarınız olub.
Ən pisi isə o idi ki, Mormon kilsəsi onun bu ifrat hərəkətlərinə dəstək verirdi. Mən onun peyğəmbərliyinə inanmırdım və uşaqlarımla bu kimi həhatdan çanımı qurtarmq qərarına gəldim. Bilirdim ki, icmada qalsam, başımıza hələ çox fəlakətlər gələcək. "
-Bəs yeni həyata necə uyğunlaşa bildiniz, çətin deyildimi - axı siz tamamilə başqa bir mühitdən çıxmışdınız?
"Bəli, mən sanki başqa bir aləmdən gəlmiş idim. Hər şeyə yenidən uyğunlaşmalı idim. Üstə gəl, tək ana kimi, 8 uşağa baxmalı idim. Keçmiş ərim isə bütün mormon icması ilə vəkillər tutub uşaqları məhkəmə yolu ilə əlimdən almaq istəyirdi. Mən hətta nə kimi hüquqlara malik olduğumu bilmirdim. Amma sonra hər şeyi yavaş-yavaş oyrəndim. Bu, mənim üçün asan olmamışdır. "
- Keçmişin sizə bir psixoloji təsiri qalıbmı? Yəni, mormon ideologiyasına, böyüdüyünüz prinsiplərə inamınız qalıbmı, yenə də inanırsınızmı ki, qadın tabeçiliyi ilə özünə cənnətdə yer qazanacaq?
" Bilirsizmi, mənim tanrıya inamım qalıbdır. Mən ali qüvvənin mövcudluğuna inanıram. Amma məni narahat edən odur ki, mənim arxada qoyduğum həmin dini icmada çoxsayda sevdiyim insanlar qalıb - atamın 36 övladı var, mənim 35 bacı-qardaşım qalıb orada; keçmiş ərimin 54 uşağı var, onlardan çoxunu mən də böyütmüşəm və bu insanlar hamısı sektada qalırlar.
Nə qədər qadın qalır orada - haqsız-hüquqsuz. Onların köməyə ehtiyacı var. Bəli, mən özüm mormon icmasından can qurtara bilsəm də, geridə qalanalrın durumu məni ağrıdır. Kİtab yazmağımın səbəbi də elə bu idi. "
- Sizcə, kitabınızın nə kimi təsiri ola bilər?
"Belə təsiri ola bilər ki, bu, icmada qalanlara bir yardım ola bilər, onlar durumlarını dərk edib özləi üçün nə isə edə bilərlər, özlərinə yeni bir yol aça bilərlər. Kİtabda onu gğstərməyə çalışmışam ki, tanrı adından icmada nə qədər cinayətlər törədilir.
Amerika ictimaiyyəti uzun müddət mormonların probmlərinə məhəl qoymurdu. İctimaiyyət bu məsələyə göz açmalıdır. İcmada uşaqlar böyüyür; bir çoxları gizli məndən bu kitabı istəyib. Kİçik bacılarımdan biri artıq kitabı oxuyub və "mən indi nəyə görə buradayam" sualını verməyə başlayıb... "