Barnsteybl şəhərinin Ali Məhkəməsinin hakimi lotereyada 1 milyon dollar udmuş quldura pullarını özündə saxlamasına icazə verib.
əhkum edilmiş Timoti Elloitta şərti azad edildikdən sonra "qumar oynamaq, qumar oynanılan yerlərə baş çəkmək, lotereya biletləri almaq qadağan edilib". Hakim belə qərara gəlib ki, şərti azadlığa buraxılma tələblərinin pozuntusu elə də ciddi xarakter daşımayıb. 2006-cı ilin oktyabrında Elliott özünü Keyp Koddakı banka silahsız basqında günahkar bilmişdi və şərti olaraq 5 il azadlıqdan məhrum olma cəzasına məruz qalmışdı. Lakin şərtlərin birini pozan Timoti Massaçusets ştatının Xiannis şəhərindəki supermarketlərin birindən 10 dollara lotereya bileti alıb. Bilet 1 milyon dollar udub. Lotereyanın keçirilmə şərtlərinə uyğun olaraq Elliott hər il 50 min dollar alacaq. 2007-ci ildə Timoti artıq bu məbləğə sahib çıxıb. Daha öncə məhkəmə Elliottu yoxsul hesab edərək hər ay dövlət büdcəsinə keçirməli olduğu 65 dollarlıq cərimədən azad etmişdi. Lakin lotereya uduşundan sonra bu qərar ləğv edilib və milyonçu yenidən cəriməni ödəməyə başlayıb.