Xazar Blog > Araşdırma > Hər il spirtli içkilərdən 2,3 milyon adam ölür

Hər il spirtli içkilərdən 2,3 milyon adam ölür


27 Yanvar 2008. Müəllif: Caspian
Hər il spirtli içkilərdən 2,3 milyon adam ölür Ümümdünya Səhiyyə Təşkilatı spirtli içkilərdən sui-istifadəyə qarşı beynəlxalq strategiyanın qəbul olunmasını təklif edir.
Hər il dünyada sərxoşluqla bağlı xəstəlik və xəsarətlərdən 2,3 milyon adam ölür. Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 122 sessiyasında verilib: ÜST ekspertləri hesab edir ki, alkoqoldan istifadə əhalinin sağlamlığına mənfi təsir göstərir, vaxtından əvvəl ölüm və əlilliyin əsas səbəblərindən biridir. Sessiya iştirakçıları qətnamə qəbul edərək, dünya ölkələrini spirtli içkilərdən sui-istifadəyə qarşı beynəlxalq strategiya hazırlamağa çağırıb./ANSPRESS/