Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

 Axtar  Statistika  Xəbər göndər  Son şərhlər

Məlumat
·  Əsas səhifə
·  Bildiriş
·  Oyun
·  E-kart
·  Gülməcə
 
Bloglar
·  Məhəbbət
·  Din
·  Ədəbiyyat
·  Yumor
·  Musiqi
·  Avtomobil
·  Texnologiya
·  Araşdırma
·  Kritika
·  Maraqlı
·  Şəkil

Baxmalı

Eylence.az


Səsvermə

İnternetdən hansı məqsədlə istifadə edirsiniz?

İnformasiya toplamaq
Əylənmək
Tanışlıq
Biznes məqsədi ilə

2016-cı ildə nələr baş verəcək?
 
Yazını böyüt :       
 
 
2016-cı ildə nələr baş verəcək?"New York Times" yaxın gələcək üçün proqnozları açıqlayıb: ABŞ və Rusiya çökəcək, AB və Çin güclənəcək.

 “New York Times” qəzeti 2016-cı il üçün dünyanın siyasi mənzərəsi ilə bağlı proqnozunu açıqlayıb. Bu proqnoza görə, ABŞ superdövlət statusunu itirəcək, Avropa Birliyi və Çin isə superqüvvəyə çevriləcəklər. AB gücləndiyi zaman Türkiyə də bu gücün önəmli hissəsi olacaq.

   “New York Times”in həftəsonu əlavəsi olan “New York Times Magazine” ABŞ-ın çöküşünü proqnozlaşdırır. Qəzet yazır ki, prezident Corc Buşun hakimiyyəti illərində gücü xeyli azalan ABŞ 2016-cı ildə superdövlət statusunu da itirəcək. Qəzet həmin ilə qədər dünyada aşağıdakı siyasi hadisələrin baş verəcəyini vurğulayır.

   Qərbdə Avropa Birliyinin, Şərqdə isə Çinin ulduzu parlayacaq. Türkiyə getdikcə Avropaya daha çox bağlanacaq və AB supergücünün önəmli hissəsinə çevriləcək. İraq kürdlərinin müstəqil Kürdüstan ideyası reallaşacaq.

   ABŞ-ın ən zəif dövrü Barak Obama, Hillari Klinton və ya Con Makkeynin ikinci prezidentlik müddətinin bitməsinə təsadüf edəcək. Amerikada indiyə qədər görünməyən geriləmə baş verəcək. İllər öncə İraqdan qoşunlarını çıxaran ABŞ bu dəfə hərbi qüvvələrini Kürdüstan ərazisində yerləşdirəcək.

   AB-nin 30-dan çox üzvünün də qatıldığı Əfqanıstan əməliyyatında NATO önəmli uğur əldə edəcək. İran bütün təhdidlərə baxmayaraq, nüvə silahı əldə edəcək və nüvə ölkələri klubuna daxil olacaq. Çin Tayvanı qaytaracaq və dünya okeanında hakimiyyətini bərqərar edəcək. AB-nin 30-dan çox üzvü Şimali Afrika, Xəzər dənizi və Rusiyadan gələn enerjidaşıyıcıları və nüvə enerjisiylə ciddi qüvvəyə çevriləcək. Amma Şimali Afrikadan, Azərbaycandan neft alan Avropa Rusiyanın enerjidaşıycılarından asılılıqdan da qurtulacaq. Eyni zamanda, AB Rusiyanın ən böyük investoru kimi bu ölkədə baş verənlərə nəzarət edəcək.

   Amerika xəyalının yerini AB xəyalı tutacaq. AB getdikcə dünya ölkələrini daha çox cəlb etməyə başlayacaq. Çin isə Şərqdə bütün ölkələrin mərkəzinə çevriləcək. Bu bölgədə vaxtilə ABŞ-ın dostları olan ölkələr Çinlə gərginlik yaşamamaq üçün getdikcə daha çox Pekinə sığınacaqlar.

   Rusiya son illər artmaqda olan gücünü itirəcək. Bu ölkənin superdövlətə çevrilmə şansları getdikcə azalacaq. Buna baxmayaraq, Rusiya və Çinin liderliyi ilə Orta Asiyanın türk respublikalarının da qatıldığı “Şərqin NATO-su” yaradılacaq. Rusiyanın gücünü itirməsinin əsas səbəbi əhalisinin azalması ilə bağlı olacaq. Çox böyük əraziyə malik olmasına baxmayaraq, Rusiya əhalisinin sayına görə 2025-ci ildə Türkiyə ilə bərabərləşəcək. Hər il əhalisi 500 min nəfər azalan Rusiya nəticədə siyasi arenada da nüfuzunu itirəcək.

   Türkiyə yeni Osmanlı siyasəti yürüdəcək. “New York Times” yazır ki, 2003-cü ildə İraq əməliyyatı zamanı Vaşinqton-Ankara münasibətlərində başlanan soyuqlaşma davam edəcək. AB-yə üzv olmağı hədəf seçən Türkiyə ABŞ-ın birlik daxilində onun lehinə lobbiçilk etməsindən narahat olaraq Vaşinqtondan uzaqlaşacaq. Türkiyənin yeni siyasəti “türk qüruru” və “aqressiv neo-Osmançılıq” olacaq. Avropa Türkiyəni rədd etmək əvəzinə onun bu siyasətindən silah kimi istifadə etsə, Suriya, İraq, İran kimi ölkələrdə uğur əldə edəcək. Türkiyə ərəb dünyası və Yaxın Şərqdə həm iqtisadi, həm də hərbi cəhətdən önəmli qüvvəyə çevriləcək. Bakı-Tiflis-Ceyhan boru xətti, dəmir yolu və şosse yollarının çəkilişi ilə Avropanın Türkiyəyə, eləcə də Xəzər sahilində neftlə zəngin Azərbaycana təsiri artacaq.
 
 
 
Hörmətli istifadəçi siz sayta qeydiyyatsız daxil olduğunuz üçün bütün imkanlardan yararlana bilmirsiniz. Xahiş olunur, öz istifadəçi adınızla daxil olasınız və ya qeydiyyatdan keçəsiniz.
 
 
  • Sabah Günəş tutulacaq
  • Liderlərin məvacibi
  • İdmanda ölüm halları
  • Türkiyədə meyit yuma kursu açılıb
  • ÖZGÜR FİKİR DƏRGİSİ- ƏNVƏR PA& ...
  •  
     
     (səs sayı: 0)
    Şərhlər (1)  Çap et
     
     

    #1 yazdı: Rashad




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Rashad

    Umumiyyetle bu saytdan yararlanmaq isteyirem
    sitat gətir    

    Rəyini bildir
       
     

    İstifadəçi bölməsi
    İstifadəçi adı :
    Şifrə :
    Qeydiyyat
    Şifrəmi unutdum


    Təqvim

    «    Yanvar 2008    »
    BeÇaÇCaCŞB
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31