Dünyanın ən böyük məbləğə malik cek-pot uduşunun sahibi elan ediləcək.Həmin adam 135 milyon dollara sahib olacaq.
Avropa telekanalları dünyanın ən böyük məbləğə malik cek-pot uduşunun sahibini elan etməyə hazırlaşır. Həmin adam 135 milyon dollara sahib olacaq. «Avromilyon» lotoreya oyunu Böyük Britaniya, Fransa, İspaniya, Avstriya, Belçika, İrlandiya, Luksemburq, Portuqaliya və İsveçrə kimi 9 avropa ölkəsində oynanılır.
Böyük Britaniyanın keçmiş latereya milyonçusu Ben Vuds potensial qalibə bir sıra məsələhətlər verib. Onun sözlərinə görə, qalib ilk öncə özünü itirməməlidir və həmin şəxs əvvəlki keyfiyyətlərində qalmalıdır: «Çünki insan bu məbləğdə uduşun sahibi olduqdan sonra əksər şəxslərin ona münasıbəti dəyişir və onunla dost olmağa çalışır».