Xazar Blog > Maraqlı > Dünyanın ən böyük məbləğə malik cek-pot uduşunun sahibi elan ediləcək
Dünyanın ən böyük məbləğə malik cek-pot uduşunun sahibi elan ediləcək10 Fevral 2008. Müəllif: Caspian |
|
Avropa telekanalları dünyanın ən böyük məbləğə malik cek-pot uduşunun sahibini elan etməyə hazırlaşır. Həmin adam 135 milyon dollara sahib olacaq. «Avromilyon» lotoreya oyunu Böyük Britaniya, Fransa, İspaniya, Avstriya, Belçika, İrlandiya, Luksemburq, Portuqaliya və İsveçrə kimi 9 avropa ölkəsində oynanılır. Böyük Britaniyanın keçmiş latereya milyonçusu Ben Vuds potensial qalibə bir sıra məsələhətlər verib. Onun sözlərinə görə, qalib ilk öncə özünü itirməməlidir və həmin şəxs əvvəlki keyfiyyətlərində qalmalıdır: «Çünki insan bu məbləğdə uduşun sahibi olduqdan sonra əksər şəxslərin ona münasıbəti dəyişir və onunla dost olmağa çalışır». |