Xazar Blog > Texnologiya, Araşdırma > Tezliklə insanların robotlarla ailə qura bilməsi mümkün olacaq

Tezliklə insanların robotlarla ailə qura bilməsi mümkün olacaq


13 Fevral 2008. Müəllif: Caspian
Tezliklə insanların robotlarla ailə qura bilməsi mümkün olacaqƏsrin ortalarında robotlarla intim həyatı adi bir iş olacaq və onlarla evlənmək də qanuniləşdiriləcək.

    "Tezliklə insanların robotlarla ailə qura bilməsi mümkün olacaq. Bu robotlar qüsursuzdur, gözəldir. Dərd dinləyir, yemək hazırlayır". Masterrayt Universitetinin süni həyat araşdırmaçısı professor David Levi yenə iddialı danışıb. O bildirib ki, pilləkənlə çıxıb düşə bilən, qarşısındakı insanı tanıyan danışa bilən tanınmış robot Asimonu hazırlayan yaponlar, humanoid (insanabənzər) robot mövzusunda artıq son mərhələyə gəliblər.

    Araşdırmaçı bildirib ki, əsrin ortalarında robotlarla intim həyatı adi bir iş olacaq və onlarla evlənmək də qanuniləşdiriləcək. Levi ABŞ-ın məşhur Masaçusets texnologiya institutunda "cazibəli qadın" robotu hazırlandığını da vurğulayıb. O, indidən Masaçusets əyalətində 2050-ci illərdə "robotlarla evlilik" üçün hüquqi qayda hazırlıqlarının və bununla bağlı mübahisələrinbaşladığını da söyləyib.

    Onun sözlərinə görə, inanmaq çətin olsa da, robotlarla əlaqələr də hüquqa əsaslanacaq. Bu mövzuda isə Hollandiya insan-robot evliliklərini qanuniləşdirən ilk ölkə ola bilər.

    "Humanoid"lərin xüsusiyyətləri bunlardan ibarətdir: Qüsursuz fiziki gözəlliyə sahib olacaqlar. Verilən əmrləri dərhal yerinə yetirəcəklər. Dərd dinləyəcəklər. Evi qoruyacaqlar. Xüsusi proqram yükləndikdə, yemək də hazırlaya biləcəklər.