Bu gün, fevralın 14-ü Qərb ölkələrində sevgililər günü kimi qeyd edilir( elə əksər Şərqdə də ). Bu gün bütün sevgililər hisslərini ifadə etmək üçün qəribə üsullardan istifadə edirlər.
Romalılar sevgilərini etiraf etmək üçün Ponte Milvio körpüsünə gələrək qəribə ritual həyata keçirirlər. Onlar körpünün hissələrinə qıfıl bağlayıb açarı suya atırlar. Bununla da, sevgilərinin əbədi olacağına inanırlar. Körpüdəki yüzlərlə kilidin üzərində minlərlə sevgilinin adı və tarixlər həkk olunub. İnanca görə, sevgililər açarı kiliddən çıxardıqdan sonra üzlərini çayın əksinə çevirərək onu atmalı və açarın çayın hansı hissəsinə düşdüyünü görməməlidirlər. Yerli sakinlərin fikrincə, bu adət “Səmadan 3 metrə yuxarı” filmindən sonra yaranıb. Artıq rəsmilər həmin tarixi körpünün üzərində həddindən artıq çox qıfıl olmasından və bunun şəhərin görkəminə xələl gətirməsindən narahat olmağa başlayıb.
Qeyd edək ki, Ponte Milvion körpüsü eramızdan əvvəl 312-ci ildə imperator Konstantinlə imperator Maksentius arasında baş verən Milvion döyüşü ilə məşhurdur.