Xazar Blog > Araşdırma > Çində dinozavrların yeni növü aşkar edilib

Çində dinozavrların yeni növü aşkar edilib


16 Fevral 2008. Müəllif: Caspian
Çində dinozavrların yeni növü aşkar edilibDişsiz predaktilin qanadının uzunluğu 250 mm-dir.
Alimlər Çinin şimal-şərqində dinozavrların ən kiçiyi olan pteradaktilin yeni növünü aşkar ediblər. Bu dişsiz predaktilin qanadının uzunluğu 250 mm olub. Ona Nemicolopterus crypticus adı verilib.
Qeyd edək ki, pteradaktillər uçan qədim canlılar kimi bilinir və onların qalıqlarına sahil bölgələrində rast gəlmək mümkündür. Bu canlılara Çinin Liyaninq əyaləti ərazisində də rast gəlinib. Sözü gedən canlının yaşadığı 120 milyon il əvvəl burada meşəlik olduğu bildirilib. Aşkarlanan canlı indiyə qədər bilinən ən kiçik uçan canlı olduğundan onun bala olduğu hesab edilir. Bu canlının beyninin tam inkişaf etməməsi onun bala olduğunu göstərsə də, sümüklərin sonluqlarının inkişaf etmiş olması bunun əksini sübut edib. Canlının həşəratlarla qidalandığı güman olunur.