Xazar Blog > Avtomobil, Texnologiya, Maraqlı > Quruda və suda işləyə bilən maşın icad edilib

Quruda və suda işləyə bilən maşın icad edilib


16 Fevral 2008. Müəllif: Caspian
Quruda və suda işləyə bilən maşın icad edilib Rinspid şirkətinin "sQuba" adlı yeni kəşfi Ceymz Bond filmindəki amfibiya maşınını xatırladıb.
    İsveçrəli maşın dizayneri yeni icadını ictimaiyyətə təqdim edib. Elektron mühərriki olan yeni maşın quruda hərəkət etdiyi kimi 10 m suyun dərinliyində də hərəkət etməyə qadirdir. Rinspid şirkətinin "sQuba" adlı yeni kəşfi Ceymz Bond filmindəki amfibiya maşınını xatırladıb. Rinspid şirkətinin baş icraçısı 52 yaşlı Frank Rindernext maşını üstü açıq dizayn etdiklərini və beləliklə təhlükə anında sürücünün maşını tərk etməsinə imkan yaratdıqlarını deyib. Maşın duzlu suya dözümlü olaraq dizayn edilib və sərnişinlərin nəfəs alması üçün oksigen balonuyla təmin olunub. şirkət "sQuba"nın ilk sualtı maşın olduğunu iddia edir. Rindernextin sözlərinə görə, maşının istehsalına 1.5 milyon dollar vəsait xərclənib və təzyiqə, suya dözümlü maşın hazırlamaq çox çətindir. Şirkət maşını satışa çıxaracaq və maşın Rols Roysdan daha ucuz olacaq.