Xazar Blog > Araşdırma > Rusiyada milyardçıların sayı az qala ikiqat artaraq 101 olub
Rusiyada milyardçıların sayı az qala ikiqat artaraq 101 olub17 Fevral 2008. Müəllif: Caspian |
Hazırda 500 ən zəngin adamın ümumi kapitalı təxminən 715 milyard təşkil edir. Ən zəngin on adam isə 220 milyard dollara malikdir. “Finans” jurnalının reytinginin ilk sətirini “Norilskiy Nikel”, “Bazoviy Element” və bir sıra digər şirkətlər və aktivlərin sahibi olan Oleq Deripaska tutur. Deripaska ötən il kapitallarını artıraraq 40 milyard dollara çatdıra bilmişdir. Qadınlar arasında yeganə milyardçı Moskva merinin həyat yoldaşı Elena Baturinadır. O 7 milyard doları əsasən daşınmaz əmlakla bağlı biznesdə qazanıb. 500 ən zəngin adam siyahısında Çelsi klubunun sahibi Roman Abramoviçin həyat yoldaşının adı da var. Ötəl il boşandıqdan sonra, İrina Abramoviç 300 milyon dollarla "Finansın" siyahısında 270-ci sətirə layiq görülüb. Rusiya milyardçıların sayına görə Amerikadan sonra ikinci yeri tutur. Bu göstəriciyə görə üçüncü yerdə Almaniya gəlir. |