Xazar Blog > Din > Məhəmməd peyğəmbərin karikaturalarını çap edən qəzetin baş redaktoru iş otağında ölüb
Məhəmməd peyğəmbərin karikaturalarını çap edən qəzetin baş redaktoru iş otağında ölübFevral 18. Müəllif: Caspian |
|
Bu günlərdə Peyğəmbəri (s) təhqir edən bədnam karikaturaları çap etdirən İsveç qəzetinin baş redaktoru anidən öz iş otağında vəfat edib. İsveç KİV-lərinin yaydığı məlumata görə Peter Melin son dəqiqələrinə kimi çox aktiv fəaliyyət göstərirmiş. Vəfatından əvvəl o günün birinci yarısında İsveç radiosunun və TT informasiya agentliyinin jurnalistlərinə verdiyi müsahibədə Peyğəmbəri (ə.s.) təhqir edən karikaturalardan birini çap etmək qərarını məharətlə müdafiə edib. Məlumata görə, Melinin infarktdan öldüyü güman olunur. Qəzet əməkdaşları baş redaktorlarını iclasda görməyincə onu axtarmağa çıxıblar və onu öz otağında ölmüş halda tapıblar Mənbə: Deyerler |