Xazar Blog > Musiqi, Maraqlı > Musiqi terapiyası

Musiqi terapiyası


22 Fevral 2008. Müəllif: Caspian
Musiqi terapiyasıYaxınlarda insult keçirən xəstələrə musiqi dinləmək çox faydalıdır. Onun vasitəsilə nəinki əhval-ruhiyyəni yaxşılaşdırmaq, həmçinin xəstəlik nəticəsində zərbə endirilmiş yaddaşın və diqqətin bərpası proseslərini sürətləndirmək mümkündür. Belə bir qənaətə Helsinki universitetinin əməkdaşları gəliblər. Onlar tədqiqatlara insult keçirən 60 nəfəri cəlb ediblər. Pasiyentlər 3 qrupa bölünüblər. Birincilər sevdikləri musiqiləri, ikincilər isə audiokitabları dinləyiblər. Üçüncü qrup isə bunlardan məhrum edilib. Bütün xəstələrlə standart insult terapiyası aparılıb. Məlum olub ki, musiqi dinləyənlərin yaddaşı daha sürətlə bərpa olunur, əhvalları isə əksərən yaxşı olur. 3 aydan sonra onların söz qavrama yaddaşları 60 faiz yaxşılaşıb. Audiokitabları dinləyənlərdə bu nəticə 18 faiz təşkil edib. Finlandiya alimlərinin rəyinə əsasən, musiqi terapiyası hazırda mövcud ənənəvi müalicə üsullarına əlavə edilməlidir.


Mənbə: Həftə içi qəzeti