Xazar Blog > --- > Kompyuter oyunları və elektron cihazlar müasir uşaqlara mənfi təsir edir

Kompyuter oyunları və elektron cihazlar müasir uşaqlara mənfi təsir edir


3 Mart 2008. Müəllif: Caspian
Xazar.com Bu günün uşaqları maddi şeylərə daha çox diqqət yetirirlər və əyləncə cihazlarına olan həddən- ziyadə maraq onların rifahına mənfi təsir edə bilər.
Bu nəticələri The Children` s cəmiyyətinin dərc etdiyi hesabatda oxumaq olar. Sənəddə deyilir ki, uşaqlıq dövrünün komersiyalaşdırılması böyük narahatlıq doğurur.

The Children`s cəmiyyətinin fikrincə, adamların çoxu istəyir ki, hökumət uşaqlar üçün nəzərdə tutulmuş reklamlara qadağa qoysun.

Uşaqların həyat tərzinə nəzər salan araşdırma çərçivəsində Uşaqların Cəmiyyəti mütəxəssislər, valideynlər və uşaqların özlərinin rəyini öyrənməyə çalışıb.

Sorğuda iştirak edənlər uşaqların bir çox halda kommersiya təzyiqinə məruz qalmasından və bu təzyiqin artmasından narahatlıq keçirdiyini deyiblər.

10 valideyndən 6 deyib ki, qeyri-sağlam qida mallarına reklamların qadağan edilməsi məqsədəuyğun olardı.

Araşdırmada istehlakçı mədəniyyətinin uşaqların sağlamlıq və psixiloji durumuna təsir etdiyi də müəyyən edilib.

Son oyun və əyləncə cihazı və yaxud da dəbə düşən paltar sahibi olmaq istəyi uşaqda aşağı özünəinam, yəni, kompleks yaradır və uşağın ruhi sağlamlığına pis təsir edir.

 
Mənbə: BBC